Azərbaycan nefti ucuzlaşdı – "Azeri Light"ın yeni qiyməti açıqlandı
Far.Az xəbər saytı

Azərbaycan nefti ucuzlaşdı – "Azeri Light"ın yeni qiyməti açıqlandı


Dünya bazarında Azərbaycanın "Azeri Light" markalı neftinin qiymətində azalma qeydə alınıb.

Far.Az xəbər verir ki, neft bazarındakı mənbənin verdiyi məlumata əsasən, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,64 ABŞ dolları və ya 0,7 % azalaraq 91,04 ABŞ dollarına enib.

Hərracların yekununa görə, "Brent" markalı neftin sentyabr fyuçerslərinin qiyməti isə 85,28 ABŞ dolları olub.

Türkiyənin Ceyhan limanında FOB bazasında satılan "Azeri Light" markalı neftin bir bareli də ucuzlaşıb. Belə ki, burada qiymət 0,99 ABŞ dolları və ya 1,11 % azalaraq 87,89 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin orta satış qiyməti bir barel üçün 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

Xatırladaq ki, "Azeri Light" markalı neftin tarixdə ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub. Bu neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə müqavilə çərçivəsində hasil edilir və layihədə SOCARın payı 35,3 % təşkil edir.

Oxşar xəbərlər

20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Bakıda avtomobil şinləri satılan anbarın fəaliyyəti dayandırıldı
Azərbaycanda yumurta kəskin UCUZLAŞDI - SƏBƏBİ açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər