Bakıda iki iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları vətəndaş müraciətləri əsasında Bakı şəhərinin Nərimanov (A.Heydərov küçəsi 102G ünvanında yerləşən, fiziki şəxs Hacıağayeva Əminə Hacıağa qızına məxsus ictimai iaşə obyekti) və Səbail (İ.Əfəndiyev küçəsi, ev 10 ünvanında yerləşən, fiziki şəxs Məmmədzadə Rahilə Dilqəm qızına məxsus unlu məmulatların emalı müəssisəsi) rayonlarında fəaliyyət göstərən iki ictimai iaşə obyektində plandankənar yoxlamalar aparıblar.
Far.Az xəbər verir ki, yoxlamalar zamanı hər iki müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, sanitariya-gigiyena və texnoloji tələblərin pozulduğu müəyyən edilib. Obyektlərdə havalandırma sistemləri ilə bağlı çatışmazlıqlar, eləcə də digər uyğunsuzluqlar aşkarlanıb.
Aşkarlanmış nöqsanlarla bağlı inzibati protokollar tərtib edilib. Nöqsanlar aradan qaldırılanadək obyektlərin fəaliyyəti məhdudlaşdırılıb. Unlu məmulatların istehsalı ilə məşğul olan müəssisədən götürülmüş məhsul nümunələri laborator müayinəyə göndərilib.
Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Xalq artisti Əminə Yusifqızı dəfn olunub
Əminə Yusifqızı ilə vida mərasimi başa çatıb
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
Lökbatanda anbarda GÜCLÜ YANĞIN - Kəmaləddin Heydərov hadisə yerinə gəldi
Nərimanov rayonunda unlu qənnadı məmulatlarının emalı müəssisəsində istehsal dayandırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
NYT: ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Kuba üzrə gizli əməliyyat qrupu yaradıb
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb
-
Qurban Qurbanov "Dinamo"ya məğlubiyyəti hava şəraiti ilə əlaqələndirib
-
Ölkəmizdə kasıb ailələrdə uşaq sayı daha çoxdur - MARAQLI STATİSTİKA
-
Pensiyalar bu tarixdə veriləcək
-
Hindistan "Agni-4" ballistik raketini uğurla sınaqdan keçirib













