Astarada şəlalədə çimən turisti söydü, həbs olundu
Far.Az xəbər saytı

Astarada şəlalədə çimən turisti söydü, həbs olundu


Astarada şəlalədə çimən adamı söyən şəxs həbs edilib.

Far.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə rayonda məşhur Sım şəlaləsi ərazisində qeydə alınıb.

40 yaşlı kənd sakini Həmid Mədətov (şərti adla) şəlalənin yanında olarkən bir nəfərin suda çimdiyini görüb. Həmid həmin şəxsə ətrafda evlər olmasını deyib və sudan çıxmasını istəyib. Qarşı tərəf də buranın istirahət zonası olduğunu deyərək, Həmidin sözünə məhəl qoymayıb və çimməyə davam edib.

Bundan hiddətlənən Həmid özündən çıxaraq, şəlalədə olan digər insanların içində onu nalayiq ifadələrlə təhqir edib.

Faktla bağlı Həmid Mədətov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq protokol tərtib olunub.

Həmid Mədətov əməlindən peşman olduğunu və gələcəkdə bir də belə hallara yol verməyəcəyini bildirib.

Məhkəmənin qərarı ilə o, 5 gün müddətinə inzibati qaydada həbs edilib.

Oxşar xəbərlər

Şəlalənin, suyun üzərində yerləşir - Dünyada heyrətə gətirən EVLƏR
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Hər kəs üçün təhsil: İnklüzivliyə dair ilk üçdilli kitab təqdim olundu
Astaranın Sım kəndinə mediatur təşkil edilib
Horadiz-Ağbənd dəmir yolu ilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər