Vuçiç Azərbaycan səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib
Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycanın bu ölkədəki səfiri Kamil Xasiyevi diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
"Report"un Balkan bürosu xəbər verir ki, Serbiya Prezidenti Azərbaycan səfirinə diplomatik fəaliyyəti dövründə iki ölkə arasında yaxın münasibətlərin və strateji tərəfdaşlığın möhkəmləndirilməsinə verdiyi şəxsi töhfəyə görə təşəkkür edib.
Görüş çərçivəsində tərəflər son illərdə əldə olunan nəticələri, xüsusilə intensiv siyasi dialoqu, güclü iqtisadi əlaqələri, energetika və nəqliyyat infrastrukturu sahələrində əldə edilən irəliləyişi nəzərdən keçirib. Həmçinin iki ölkəni daha da yaxınlaşdıran, ticarət dövriyyəsinin artırılması və yeni investisiyalar üçün imkanlar yaradan layihələr müzakirə olunub.
A.Vuçiç vurğulayıb ki, Prezident İlham Əliyevlə qurduğu etimada əsaslanan münasibətlər Serbiya ilə Azərbaycan arasında hərtərəfli əməkdaşlığın gələcək inkişafına xüsusi təkan verir.
Diqqətə çatdırılıb ki, Azərbaycanın Serbiyanın suverenliyi və ərazi bütövlüyünə göstərdiyi ardıcıl və prinsipial dəstəyi yüksək qiymətləndirilir.
"Biz bu mövqeyi unutmuruq, çünki uzunmüddətli və etibarlı münasibətlər məhz qarşılıqlı hörmət və beynəlxalq hüquqa ehtiram əsasında qurulur.
Səfir Xasiyevin ölkəmizdə fəaliyyəti dövründə nümayiş etdirdiyi peşəkarlığı, səmimiyyəti və əməkdaşlığa sadiqliyini yüksək qiymətləndirir, ona gələcək fəaliyyətində uğurlar və müvəffəqiyyətlər arzulayıram", - deyə Serbiya Prezidenti əlavə edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrində dəyişiklik edilib
-
Klaas Knot Avropa Mərkəzi Bankının prezidenti ola bilər
-
Valdas Dambrauskas: "Orhus"a qarşı görüşdə bərabərliyə layiq idik"
-
Ağcabədidə yol qəzası bir nəfərin ölümü ilə nəticələnib
-
Çempionlar Liqası: "Orhus" - "Sabah" matçı başlayıb
-
NYT: ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Kuba üzrə gizli əməliyyat qrupu yaradıb













