Ceki Çan "Tanrının Zirehi 4" filminin çəkilişləri üçün Bakıya gəlib
Əfsanəvi aktyor Ceki Çan beynəlxalq macəra filmi **"Tanrının Zirehi 4: Ultimatum"**un bəzi səhnələrinin çəkilişləri üçün Bakıya gəlib.
Far.Az Qazaxıstanın Bakıdakı səfirliyinə istinadən xəbər verir ki, aktyorun Azərbaycanın paytaxtında təxminən on gün qalacağı bildirilir.
Filmin əsas çəkiliş meydançası Qazaxıstandır. Ekran əsərinin çəkilişləri artıq Manqistau və Almatı vilayətlərində, eləcə də Almatı şəhərində aparılıb. Azərbaycan isə Qazaxıstan tərəfinin təklifi ilə çəkilişlərin keçiriləcəyi ikinci ölkə seçilib.
Filmin istehsalını Qazaxıstanın Salem Entertainment kinostudiyası həyata keçirir. Layihənin prodüseri şirkətin təsisçisi Rüstəm Omarov, rejissoru isə namizədliyi şəxsən Ceki Çan tərəfindən təsdiqlənmiş qazaxıstanlı rejissor və kaskadyor Robert Kundur. Bakıda çəkilişlərin təşkilinə Qazaxıstanın Azərbaycandakı səfirliyi dəstək verir.
Bakıda çəkilişlər üçün şəhərin ən tanınmış məkanları seçilib. Filmdə İçərişəhər, Dağüstü park, Bakı funikulyoru, Yaşıl Teatr və Fəvvarələr meydanı yer alacaq.
Layihə Qazaxıstan və Azərbaycanın iştirakı ilə həyata keçirilir və son illərdə Mərkəzi Asiya ilə Cənubi Qafqazda ərsəyə gətirilən ən iri beynəlxalq kino layihələrindən biri hesab olunur. Hər iki ölkənin çəkilişlərdə iştirakı kino sənayesi sahəsində regional əməkdaşlığın genişlənməsini əks etdirir və onların mədəni-turizm potensialının beynəlxalq səviyyədə tanıdılması üçün əlavə imkanlar yaradır.
"Tanrının Zirehi 4: Ultimatum" məşhur film seriyasının davamıdır. Ceki Çan 13 ildən sonra yenidən "Asiya şahini" ləqəbli əfsanəvi macəraçı obrazını canlandıracaq. Filmin premyerası 2027-ci ildə nəzərdə tutulur.
Qalereya
Oxşar xəbərlər
Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
Arzu Əliyeva "Harmoniya" sənədli filminin təqdimatında iştirak edib
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gelencik yaxınlığında PUA qalıqlarının düşməsi nəticəsində 6 nəfər ölüb, 40 nəfər xəsarət alıb - YENİLƏNİB
-
Tramp: Hazırkı danışıqlar İran üçün son şansdır
-
Ucarda qəsdən yanğın törədən şəxs saxlanıldı
-
Qardaşoğlu ilə dənizdə batan Arifin FOTOSU
-
Azərbaycanda sürücüsüz avtobus və qatarlar fəaliyyət göstərəcək
-
"Uzak Şehir"də daha bir tanınmış aktyor













