AGF-nin baş katibi: "Yeniyetmə güləşçilərimizdən mundialda daha yüksək nəticələr gözləyirdik"
Far.Az xəbər saytı

AGF-nin baş katibi: "Yeniyetmə güləşçilərimizdən mundialda daha yüksək nəticələr gözləyirdik"


Azərbaycan Güləş Federasiyası (AGF) yeniyetmə idmançılardan daha yüksək nəticələr gözləyib.

Bunu "Far.Az"a müsahibəsində AGF-nin baş katibi Pərvin Piriyev deyib.

O, Bakıda keçirilən U-17 dünya çempionatında qazanılan nəticələrdən (4 gümüş, 3 bürünc) bəhs edib:

"Əlbəttə ki, yeniyetmə güləşçilərimizdən daha yüksək nəticələr gözləyirdik. Etiraf edək ki, tam istədiyimiz nəticəni əldə edə bilmədik. İndi əsas vəzifəmiz hər bir görüşü detallı şəkildə təhlil etmək, səhvləri müəyyənləşdirmək və onların üzərində sistemli işləməkdir. Biz əvvəldən də vurğulayırdıq ki, U-17 yaş kateqoriyasında əsas məqsədimiz nəyin bahasına olur-olsun, medal qazanmaq deyil. Əsas məqsədimiz gələcəkdə böyüklər üzrə milli komandanın əsas üzvlərinə çevriləcək güləşçilər yetişdirməkdir".

P.Piriyev yunan-Roma güləşində uğurlu çıxışı belə əsaslandırıb:

"Yunan-Roma güləşi uzun illərdir ki, Azərbaycanda sabit nəticələr göstərən məktəbə malikdir və bu ənənə davam edir. Sərbəst güləşdə isə hazırlıq metodikalarının müasir tendensiyalara uyğunlaşdırılmasına ehtiyac var".

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Oxşar xəbərlər

Pərvin Piriyev: "Azərbaycan güləş üzrə böyüklər arasında dünya çempionatını keçirməyə hazırdır" - MÜSAHİBƏ
Avropa çempionu olan yunan-Roma güləşi üzrə Azərbaycan millisi Vətənə qayıdıb
Güləş üzrə U17 dünya çempionatının açılış mərasimi keçirilib
Azərbaycanda yeni güləş zalları istifadəyə verilib
AGF ilə ABŞ-nin "Sülh naminə güləş" təşkilatı arasında memorandum imzalanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər