Tənha yaşayan təqaüdçünün evinə silahlı basqın etdilər - HÖKM
Gəncə Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Cəsur Cəbiyev (soyadı şərtidir) və yetkinlik yaşına çatmayan E.İsgəndərovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
BAKU.WS Pravda.az-a istinadla xəbər verir ki, hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Cəsur Cəbiyev 9 il 6 ay və E.İsgəndərov isə 8 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, 2007-ci il təvəllüdlü Cəsur Cəbiyev və 2010-cu il təvəllüdlü E.İsgəndərov qabaqcadan əlbir olaraq quldurluq məqsədilə zərərçəkmiş Rafiq Bədəlovun (soyadı şərtidir) evinə daxil olub, onu öldürməklə hədələyərək pul və qiymətli əşyalarını ələ keçiriblər.
Hadisə 2025-ci ildə Şəmkir rayonunun Dəllər Cəyir kəndində baş verib.
Belə ki, Cəsur Cəbiyevlə E.İsgəndərov qanunsuz yolla özgənin əmlakını ələ keçirmək məqsədilə əvvəlcədən cinayət planı hazırlayıblar. Onlar kənddə tənha yaşayan qonşusunun evinə basqın etmək barədə razılığa gəliblər.
Onlar gecə saat 00:30-da kəndə gəlib, təxminən bir saat ərzində Rafiq Bədəlovun yaşadığı evin ətrafında müşahidə aparıblar. Ətrafda heç kimin olmadığına gördükdən sonra fərdi yaşayış evinə qanunsuz giriblər.
İlk olaraq yataq otağına keçən şəxslər zərərçəkmişə məxsus şalvarın cibindən 493 manat pul götürüblər. Lakin bununla kifayətlənməyən təqsirləndirilən şəxslər evdə daha çox pul və qızıl-zinət əşyaları axtarmağa davam ediblər. Onların hərəkətlərindən yaranan səsə oyanan Rafiq Bədəlov mətbəxdə işığı yandırıb. Bu zaman hər iki şəxs ona hücum edib.
Materiallarda qeyd olunur ki, E.İsgəndərov üzərində gizlətdiyi bıçağı çıxararaq silah qismində tətbiq edib. Onlar birlikdə zərərçəkmişi öldürməklə hədələyərək ondan 20 000 manat pul verməsini tələb ediblər.
Rafiq Bədəlov isə təqaüdçü olduğunu və bu qədər pulunun olmadığını bildirib.
Pul tapa bilməyən təqsirləndirilən şəxslər zərərçəkmişə məxsus 190 manat dəyərində "Philips Xenium" markalı mobil telefonu, eləcə də 45 manat dəyərində açarları talama yolu ilə ələ keçiriblər.
İstintaqın qənaətinə görə, onların əməlləri quldurluq kimi qiymətləndirilib.
Toplanmış sübutlar əsasında təqsirləndirilən şəxslərə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah qismində istifadə olunan əşya tətbiq edilməklə quldurluq əməli törətmək ittihamı irəli sürülüb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub - YENİLƏNİB
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Valideynlərə müraciət: Erkən evlilik uşağın gələcəyinin əlindən alınması deməkdir
-
"Matrix" filminin yeni hissəsi çəkiləcək
-
XÜSUSİ TƏKLİFLƏR - BAKUCARS ilə Bakıda avtomobil icarəsində sərfəli fürsətlər
-
Akın Gürlek: Terror probleminin sona çatmasına az qalıb
-
Ürəkbulanma, qusma və mədə ağrıları - YENİ VİRUS yayılır?
-
Komitə rəsmisindən valideynlərə müraciət: Erkən evlilik uşağın gələcəyinin əlindən alınması deməkdir













