Ərdoğan: Məkkə sazişi sülhün təmin olunmasını hədəfləyən bütün ölkələr üçün açıqdır
Far.Az xəbər saytı

Ərdoğan: Məkkə sazişi sülhün təmin olunmasını hədəfləyən bütün ölkələr üçün açıqdır


Məkkə sazişi regionda sülhün, rifahın və sabitliyin təmin olunmasını hədəfləyən bütün qardaş ölkələrin iştirakına açıqdır.

"Far.Az" xəbər verir ki, bunu Türkiyən Prezidenti Rəcəb Tayyib Ərdoğan "X" hesabında yazıb.

Onun sözlərinə görə, BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş özünümüdafiə hüququnu da təsdiqləyən saziş heç bir ölkəni hədəf almır:

"Türkiyə regional məsuliyyət və təşəbbüs baxışı çərçivəsində münaqişə və böhranların beynəlxalq hüquqa hörmət əsasında, dialoq və diplomatiya yolu ilə həllinə yönəlmiş prinsipial mövqeyini qətiyyətlə davam etdirəcək".

Türkiyə lideri qeyd edib ki, saziş təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinə, müdafiə sənayesində birgə layihələrin həyata keçirilməsinə və terrorizmlə mübarizəyə mühüm töhfə verəcək.

Qeyd edək ki, bu gün Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan birgə müdafiə haqqında Məkkə sazişini imzalayıblar.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər