Pakistan prezidenti Azərbaycanla strateji tərəfdaşlığın möhkəmləndiyini bildirib
Pakistan Azərbaycanı strateji tərəfdaş kimi yüksək qiymətləndirir və iki ölkə arasındakı əlaqələr möhkəmlənməkdə davam edir.
"Report" Pakistan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Asif Əli Zərdari Azərbaycanın bu ölkədəki səfiri Xəzər Fərhadovun Ayvan-e-Sədr iqamətgahındakı vida görüşü zamanı bildirib.
"Zərdari qeyd edib ki, Pakistan Azərbaycanı etibarlı qardaş ölkə və strateji tərəfdaş kimi yüksək qiymətləndirir. Onun sözlərinə görə, qarşılıqlı etimada və bir-birinin əsas maraqlarına göstərilən dəyişməz dəstəyə əsaslanan ikitərəfli əlaqələr möhkəmlənməkdə davam edir", - məlumatda vurğulanıb.
Pakistan Prezidenti ölkələr arasında parlament, işgüzar, mədəni və humanitar mübadilələrin fəallaşmasını məmnunluqla qeyd edib. O, iki dövlət rəhbərliyinin ümumi baxışının ticarət və investisiya, nəqliyyat əlaqələri, informasiya texnologiyaları, iqlim dəyişikliyi ilə mübarizə və turizm sahələrində konkret nəticələrə çevrilməsi işinə, eləcə də müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsinə sadiqliyini təsdiqləyib.
Zərdari həmçinin Fərhadovun Pakistanla Azərbaycan arasında uzun illərdir davam edən qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirib. O, Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü ilin iyulunda Pakistana həyata keçirilən və ikitərəfli münasibətlərdə yeni bir səhifə açan tarixi dövlət səfərinin təşkilində Fərhadovun rolunu vurğulayıb.
Zərdari Fərhadovu İslamabaddakı diplomatik missiyasının uğurla başa çatması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Oxşar xəbərlər
Əminə Yusifqızı ilə vida mərasimi başa çatıb
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Mübariz Şahmurov dəfn olunub
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Abdulla Quliyevlə vida mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
XÜSUSİ TƏKLİFLƏR - BAKUCARS ilə Bakıda avtomobil icarəsində sərfəli fürsətlər
-
ABŞ-da faydalı qazıntıların hasilatına 3 milyard dollar investisiya qoyulacaq
-
"Matrix" filminin yeni hissəsi çəkiləcək
-
Valideynlərə müraciət: Erkən evlilik uşağın gələcəyinin əlindən alınması deməkdir
-
Akın Gürlek: Terror probleminin sona çatmasına az qalıb
-
İspaniya İtaliyadan gələnlər üçün daxili sərhədlərdə nəzarət tətbiq edəcək













