Gürcüstanda azərbaycanlı TIR sürücülərinin bir qisminin problemi həll olunub
Gürcüstanın gömrük-keçid məntəqələrində uzun müddət saxlanılan Azərbaycan qeydiyyatlı yük avtomobillərinin sürücülərinin bir qismi buraxılıb, digər sürücülərin məsələsinin də yaxın vaxtlarda həll ediləcəyi bildirilib.
Far.Az report-a istinadən xəbər verir ki, hazırda bəzi sürücülər Gürcüstandan Azərbaycana qayıdır, bəziləri də gömrük rəsmiləşdirilməsinin başa çatdırılmasını gözləyirlər.
Qeyd edək ki, bir qrup azərbaycanlı TIR sürücüsü Gürcüstan ərazisindən tranzit keçərkən müxtəlif gömrük məntəqələrində günlərlə, bəzi hallarda isə həftələrlə gözləməli olduqlarını bildirmişdi. Sürücülər saxlanılmalarının səbəbi barədə onlara vaxtında rəsmi izahat verilmədiyini deyirdilər.
Məsələ ilə bağlı Azərbaycanın Gürcüstandakı səfirliyi avqustun 5-də Gürcüstan Xarici İşlər Nazirliyinə sorğu təqdim edib.
Gürcüstan XİN-dən verilən açıqlamada qeyd edilmişdi ki, səfirliyin müraciəti dərhal aidiyyəti dövlət qurumlarına göndərilib və məsələ bağlı Gürcüstan qanunvericiliyində nəzərdə tutulan tədbirlər həyata keçirilir.
Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti də məsələ ilə bağlı açıqlama yayaraq, bütün sərhəd-keçid məntəqələrində yüklərin hərəkətinin maneəsiz həyata keçirildiyini və qeyd olunan məsələ ilə bağlı araşdırma aparıldığını bildirmişdi.
Qeyd edək ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin müraciətindən sonra məsələ Gürcüstanın aidiyyəti dövlət qurumları ilə birlikdə araşdırılıb.
Oxşar xəbərlər
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Gürcüstanda azərbaycanlı TIR sürücülərinin bir qisminin problemi həll olunub, digərləri üzrə iş aparılır
Azərbaycanlı sürücülər günlərdir Gürcüstan gömrüyünü keçə bilmirlər - XİN-ə nota göndərilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Matrix" filminin yeni hissəsi çəkiləcək
-
XÜSUSİ TƏKLİFLƏR - BAKUCARS ilə Bakıda avtomobil icarəsində sərfəli fürsətlər
-
Valideynlərə müraciət: Erkən evlilik uşağın gələcəyinin əlindən alınması deməkdir
-
ABŞ-da faydalı qazıntıların hasilatına 3 milyard dollar investisiya qoyulacaq
-
Akın Gürlek: Terror probleminin sona çatmasına az qalıb
-
İspaniya İtaliyadan gələnlər üçün daxili sərhədlərdə nəzarət tətbiq edəcək













