“Bakcell” “Birbank” istifadəçilərinə xüsusi üstünlüklər verən "Birinci" tarifini təqdim edir
İnnovasiya və sürət lideri “Bakcell” MMC ölkənin ilk rəqəmsal bankı “Birbank” ilə əməkdaşlıq çərçivəsində yeni “Birinci” tarif paketini təqdim edir.
Abunəçilər “Birbank” mobil tətbiqinə “Bakcell” nömrəsi əlavə etməklə “Birinci” tarifinə qoşula, onu idarə edə və dərhal “Trendyol”, “Umico”, “Birbank” və “M10” kimi platformalarda xüsusi üstünlüklərdən yararlana bilərlər. “Birinci” tarifi daxilində “Bakcell” müştərilərinə ölkədaxili zənglər üçün dəqiqələr, əsas internet balansı, sosial şəbəkələr üçün əlavə internet balansı təqdim olunur. Bundan əlavə, tarifə qoşulan abunəçilər “Trendyol”da alış-veriş zamanı ayda 2 dəfə 10% endirim və ödənişsiz “Umico Premium” abunəliyi əldə edəcəklər.
Eyni zamanda, müştərilər “Birbank” kartları ilə əməliyyatlar və “m10”la QR ödənişlər zamanı əlavə keşbek qazanacaqlar. “Birinci” tarifinin başlanğıc qiyməti 6.9 AZN-dir.
“Bakcell” abunəçiləri “Birinci” tarifinə yalnız “Birbank” mobil tətbiqi vasitəsilə qoşula bilərlər. Tarif paketi ilə bağlı ətraflı məlumatı və ın rəsmi saytlarından və ya sosial şəbəkə hesablarından əldə etmək olar.
Gələcəyə hədəflənən yeni brend strategiyası ilə “Bakcell” ölkəmizdə abunəçilərə innovativ xidmət və məhsullar təqdim edir. Şirkət qarşıdakı dövrdə bir sıra yeni məhsulları abunəçilərinin ixtiyarına verəcək.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda “Bakcell” üç milyondan çox müştərini yüksək keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.
“Bakcell” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Yeni internet qiyməti ilə razılaşmayan vətəndaşlar 130 manat cərimə olunurlar?
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Green Energy Corridor Power Company"ə yeni rəhbər təyin olunub
-
Elman Rüstəmov bu səbəbdən şadlıq sarayını SATDI
-
Tramp Milli Kəşfiyyat direktorunu süni intellektin inkişafı üzrə məsul şəxs vəzifəsinə təklif edib
-
Qaraçuxur qəbiristanlığının hasarı uçurulub
-
Türkiyənin COP31 hazırlıqları Azərbaycanın COP29 təcrübəsinə əsaslanır
-
Türkiyə MMN "X"də Azərbaycanda keçirilən hərbi təlimdən videoçarx paylaşıb













