Çində "Delfin" tayfununa görə 420 mindən çox şəxs təxliyə edilib
Far.Az xəbər saytı

Çində "Delfin" tayfununa görə 420 mindən çox şəxs təxliyə edilib


Çinin şərqində yaxınlaşan güclü "Delfin" tayfunu səbəbindən 420 mindən çox şəxs təxliyə edilib.

"Far.Az" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Qeyd olunub ki, onlardan 390 mini Çjetszya vilayətinin Tayçjou şəhərindən, 30 mini isə Şanxaydan müvəqqəti olaraq təhlükəsiz yerlərə köçürülüb.

Çin Meteorologiya İdarəsi tayfuna reaksiya səviyyəsini dördüncüdən üçüncüyə yüksəldib.

Meteoroloqların məlumatına görə, küləyinin sürəti 40 m/s-dən çox olan "Delfin" tayfunu avqustun 9-dan 10-na keçən gecə dənizdən Çinin şərq sahillərinə çıxacaq.

Oxşar xəbərlər

Heydər Əliyev Fondu Çində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün xeyriyyə tədbiri təşkil edib
Braziliya, Polşa, Çin, Nepal, Hindistan, BƏƏ, Fransa və Tunis vətəndaşları Azərbaycana təxliyə olunub
Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib
İşğaldan azad edilən ərazilərə daha 80 ailə köçürülüb
Çin vətəndaşları İrandan Azərbaycana təxliyə olunur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər