Le Monde: Sen-Trope Epşteyn şəbəkəsinin əsas məkanlarından biri olub
Far.Az xəbər saytı

Le Monde: Sen-Trope Epşteyn şəbəkəsinin əsas məkanlarından biri olub


Amerikalı maliyyəçi Ceffri Epşteyn Fransanın Sen-Trope kurortundan qızların cinsi istismar məqsədilə cəlb edilməsi üçün əsas məkanlardan biri kimi istifadə edib.

"Far.Az" xəbər verir ki, bu barədə "Le Monde" qəzeti məhkəmə sənədlərinə və şahid ifadələrinə istinadən yazıb.

Qəzetin məlumatına görə, Epşteyn demək olar ki, hər il bu kurorta gedib və buranı Fransada Parisdən sonra "ikinci sevimli məkanı" hesab edib. Hər iki məkandan Epşteyn və onun əlaltıları cinayətlərin törədilməsi üçün istifadə ediblər.

Qəzet qeyd edir ki, Epşteynin Fransadakı əsas vasitəçilərindən biri model agenti Jan-Lük Brunel olub. O, öz peşəsindən istifadə edərək Epşteynin gənc qızlara çıxış əldə etməsini təmin edib.

Epşteyn 6 iyul 2019-cu ildə Nyu-York ştatının hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Prokurorluq 2002–2005-ci illərdə onun Manhettendəki evinə onlarla yetkinlik yaşına çatmayan qızın gətirilməsini təşkil etdiyini göstərən sübutların olduğunu bildirib.

Epşteynin dostları və tanışları arasında təkcə ABŞ-dan deyil, başqa ölkələrdən də çox sayda vəzifədə olan və keçmiş dövlət məmurları, o cümlədən eks dövlət başçıları, iri sahibkarlar və şou-biznes ulduzları olub.

Maliyyəçiyə qarşı ABŞ-da aparılan cinayət təqibinə onun 2019-cu ilin avqustunda həbsxana kamerasında intihar etməsindən sonra xitam verilib.

Oxşar xəbərlər

Şuşa Dövlət Musiqili Dram Teatrında inkluziv bir qizin mono tamaşası
Azərbaycan bayrağı Nyu-York səmasına qaldırılıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
"Qızların təhsilinə dəstək" layihəsinin II Məzun Günü keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər