AZAL Naxçıvana artan tələbatla bağlı sərnişinlərə müraciət edib
"Azərbaycan Hava Yolları" QSC (AZAL) avqust və sentyabr ayları ərzində Bakı–Naxçıvan–Bakı marşrutu üzrə yüksək sərnişin tələbatını nəzərə alaraq, sərnişinlərə səyahətlərini əvvəlcədən planlaşdırmağı və aviabiletlərini öncədən əldə etməyi tövsiyə edir.
BAKU.WS AZAL-a istinadən xəbər verir ki, bu dövrdə yay məzuniyyətindən qayıdanların, yeni tədris ilinin başlaması ilə əlaqədar tələbə və ailələrin, eləcə də işgüzar səfərlərin sayının artması Naxçıvan istiqamətində sərnişin axınının yüksəlməsinə səbəb olur. Nəticədə bəzi tarixlər üzrə reyslərdə yerlər daha qısa müddətdə dolur. Səyahətin əvvəlcədən planlaşdırılması sərnişinlərə həm uyğun tarix və saat üzrə daha geniş seçim imkanı yaradır, həm də səfərlərini daha rahat təşkil etməyə kömək edir.
Hazırda Bakı–Naxçıvan–Bakı marşrutu üzrə gündəlik 16 müntəzəm reys (gediş-gəliş olmaqla) həyata keçirilir. Həmçinin Azərbaycanın milli aviadaşıyıcısı sərnişin tələbatını davamlı olaraq təhlil edir və əməliyyat imkanları çərçivəsində uçuş proqramını optimallaşdırmaqla yanaşı, zərurət yarandıqda əlavə reyslərin təyin olunması imkanlarını da nəzərdən keçirir.
Qeyd edək ki, Naxçıvan istiqamətində uçuş proqramı sərnişin tələbatı ilə yanaşı, regionun mürəkkəb dağlıq relyefi, hava şəraiti və digər əməliyyat amilləri nəzərə alınmaqla formalaşdırılır. Bu səbəbdən reyslərin planlaşdırılması və icrası uçuşların təhlükəsiz və etibarlı şəkildə həyata keçirilməsini təmin edən əməliyyat tələblərinə uyğun olaraq həyata keçirilir.
Aviabiletləri AZAL-ın rəsmi internet səhifəsi və ya mobil tətbiqi, həmçinin aviaşirkətin satış məntəqələri və akkreditə olunmuş agentliklər vasitəsilə əldə etmək mümkündür.
Oxşar xəbərlər
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Turan Tovuz" Rahil Məmmədovu transfer edib
-
İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib
-
Zelenski: Rusiya Odessanın enerji infrastrukturuna sərt zərbə endirib
-
Fransanın çox hissəsində quraqlıq səbəbindən böhran vəziyyəti yaranıb
-
Husilərin Moxa limanına hücumu zamanı həlak olanlar var - YENİLƏNİB
-
İranda Milli Təhlükəsizlik Şurasına katib təyin edilib













