Füzulidə avtoqəzada xəsarət alan şəxslər Bakıya gətirilib - YENİLƏNİB-2
Füzulidə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslər Bakıya gətirilib.
Bu barədə "Report"a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Füzuli rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər 09.08.2026-cı il tarixində saat 19:30 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Onlara sol bud sümüyünün boyun nahiyəsinin və sirkə kasasının, digər pasiyentlərə isə sol körpücük sümüyünün, sol dirsək sümüyünün distal hissəsinin və sol said sümüklərinin sınığı diaqnozları təyin olunub.
1967, 1982 və 1973-cü il təvəllüdlü şəxslər ixtisaslı tibbi yardımın göstərilməsi üçün Yeni Klinikaya, 2018-ci il təvəllüdlü şəxs isə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna təxliyə olunub.
Füzulidə baş verən avtoqəza zamanı xəsarət alanların kimliyi məlum olub.
"Report"un Qarabağ bürosunun xəbərinə görə, "Hyundai" markalı avtomobilin aşması nəticəsində sürücü Zülfüqar Şükürov, avtomobildə olan Səfər Hasani, Səfəri Məhsəti və Adilə Şükürova müxtəlif dərəcəli xəsarətlər alıblar.
Faktla bağlı araşdırma aparılır.
Füzulidə yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qarabağ bürosunun xəbərinə görə, rayon ərazisində hərəkətdə olan "Hyundai" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı irigövdəli ağaca çırpılıb.
Qəza nəticəsində sürücü ilə yanaşı, avtomobildə olan sərnişinlər də xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Son üç saatda İrandan Azərbaycana 50 nəfər təxliyə edilib - YENİLƏNİB-6
İrandan daha 27 nəfər Azərbaycana təxliyə edilib - YENİLƏNİB-5
Son iki saatda İrandan Azərbaycana 10 nəfər təxliyə edilib - YENİLƏNİB-5
Ağdam və Füzulidə Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan tədbirlər keçirilib
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Turan Tovuz" Rahil Məmmədovu transfer edib
-
Zelenski: Rusiya Odessanın enerji infrastrukturuna sərt zərbə endirib
-
İranda Milli Təhlükəsizlik Şurasına katib təyin edilib
-
Husilərin Moxa limanına hücumu zamanı həlak olanlar var - YENİLƏNİB
-
Fransanın çox hissəsində quraqlıq səbəbindən böhran vəziyyəti yaranıb
-
Cəlilabadda transformator partlayıb, yanğın baş verib













