Filippində leysan və daşqınlar nəticəsində 16 nəfər ölüb - YENİLƏNİB
Far.Az xəbər saytı

Filippində leysan və daşqınlar nəticəsində 16 nəfər ölüb - YENİLƏNİB


Filippində bəzi ərazilərdə doqquz günlük leysan yağışlarının səbəb olduğu daşqınlar, torpaq sürüşmələri və qəzalar azı 16 nəfərin həyatına son qoyub.

"Far.Az" xəbər verir ki, bu barədə Filippin mediası fövqəladə hallar xidmətlərinin məlumatlarına istinadən bildirib.

Tropik qasırğalar səbəbindən daha da şiddətlənən yağışlar Luson adasında məktəblərin və dövlət müəssisələrinin bağlanmasına, eləcə də paytaxt Manila küçələrinin su altında qalmasına səbəb olub.

Manila aqlomerasiyasının bəzi rayonlarına avqust ayındakı tipik göstəricinin təxminən 90%-nə bərabər olan miqdarda yağıntı düşüb.

Filippində "Xabaqat" qasırğasının səbəb olduğu şiddətli yağışlar və daşqınlar nəticəsində ən azı 12 nəfər həlak olub, 11 nəfər isə yaralanıb.

"Far.Az" Filippin mediasına istinadən xəbər verir ki, bu barədə Mülki Müdafiə İdarəsindən bildirilib.

Bundan başqa, 8 nəfər itkin düşüb.

Davam edən leysan yağışları ilə əlaqədar daşqın təhlükəsi səbəbindən təkcə Keson-Siti şəhərində 5 200-ə yaxın sakin təxliyə mərkəzlərinə yerləşdirilib.

Oxşar xəbərlər

Şimal-qərb bölgəsində leysan yağışları olub, dolu düşüb
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
İlham Əliyev "Zangilan City Park Hotel"in təməlini qoyub - YENİLƏNİB
Dünya mediası Azərbaycan Prezidentinin IV Şuşa Forumundakı çıxışını işıqlandırmaqda davam edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər