Suriyada Bəşər Əsəd barəsində qiyabi ölüm hökmü qərarı çıxarılıb
Far.Az xəbər saytı

Suriyada Bəşər Əsəd barəsində qiyabi ölüm hökmü qərarı çıxarılıb


Suriya məhkəməsi sabiq prezident Bəşər Əsədi bəşəriyyətə qarşı cinayətlərdə təqsirli bilib və qiyabi ölüm hökmü çıxarıb.

"Far.Az" xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb.

Digər təfərrüatlar açıqlanmır.

Bu arada, "Al-Hadath" telekanalının məlumatına görə, məhkəmə onun qardaşı Mahir və xalası oğlu Atif Nəcibi də qəsdən adam öldürmə və işgəncə verməkdə təqsirli bilib.

"Məhkəmə həmçinin Mahir əl-Əsədi qəsdən adam öldürmə, işgəncə vermə və təhrikçilikdə təqsirli bilib və onu ölüm cəzasına məhkum edib", - telekanal qeyd edir.

Bəşər Əsədin dövründə Dəra əyalətində siyasi təhlükəsizlik bölməsinə rəhbərlik edən Atif Nəcib barəsində də ölüm hökmü çıxarılıb.

Qeyd edək ki, Bəşər Əsəd Suriyada başçılıq etdiyi rejimin silahlı çevriliş zamanı devrilməsindən sonra 2024-cü ilin dekabrında ailəsi ilə birlikdə Rusiyada sığınacaq alıb.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər