Ukrayna Voronejdə "Wildberries"in obyektinə, Orskda isə neft emalı zavoduna zərbə endirib
Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi ("Madyar") Voronejdə "Wildberries" logistika obyektinin və Rusiyanın Orenburq vilayətinin Orsk şəhərindəki neft emalı obyektinin vurulduğunu bildirib.
"Far.Az" xəbər verir ki, bu barədə Brovdi "Telegram"da yazıb.
Onun sözlərinə görə, obyektlər avqustun 11-i gecə hücumları zamanı vurulub.
O, həmçinin Krımda və Ukraynanın işğal olunmuş ərazilərinin cənubunda hərbi və enerji obyektlərinə zərbələrin endirildiyini bildirib.
Brovdinin məlumatına görə, Qara dənizdə "kölgə donanması"nın bir gəmisi vurulub, həmçinin Rusiyanın "Buk-M3" zenit-raket kompleksi məhv edilib.
Bundan başqa, maddi-texniki təminat və sursat anbarları, eləcə də Berdyansk, Mariupol və digər yaşayış məntəqələrindəki enerji obyektləri zərbələrə məruz qalıb.
Dəymiş ziyanın miqyası dəqiqləşdirilir.
Oxşar xəbərlər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb - YENİLƏNİB
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda 3 küçədə yollar bağlanacaq - Təmir işlərinə görə
-
KMBİ qanunsuz dövriyyəsi 10 milyon manat olan daha bir onlayn mərc şəbəkəsini ifşa etdi
-
Sakinlər imdad dilədilər: "Ən pis yer-yurd buradır, səsimizi çatdırın"
-
Kolumbiyada 7,4 bal gücündə zəlzələ: 55 ölü var - DƏHŞƏTLİ KADRLAR
-
Tramp: ABŞ Hörmüz boğazını minalardan tamamilə təmizləyib
-
Azərbaycan-Ermənistan sərhədində 3,9 maqnitudalı zəlzələ baş verib - YENİLƏNİB-2













