Mədəniyyət Nazirliyinin təqaüd proqramı ilə 17 nəfər xaricdə təhsil imkanı qazanıb
Mədəniyyət Nazirliyinin "Mədəni və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı" çərçivəsində 2026-cı il üzrə keçirdiyi müsabiqənin seçim mərhələsi başa çatıb.
Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, proqram üzrə cari il iyunun 2-dən 16-dək audiovizual sənətlər, dizayn, memarlıq, mədəni və yaradıcı sahələr üzrə menecment və digər ixtisas istiqamətlərində bakalavriat və magistratura səviyyələrində xaricdə təhsilin maliyyələşdirilməsi üçün sənəd qəbulu həyata keçirilib.
Sənəd qəbulundan ümumilikdə 51 nəfər qeydiyyatdan keçib. Onlardan 18 nəfər bakalavriat, 33 nəfər isə magistratura səviyyəsi üzrə müraciət edib.
Təqaüd Proqramının Qaydalarına uyğun olaraq, namizədlərin seçimi iki mərhələdə aparılıb. Birinci mərhələdə namizədlərin təqdim etdikləri sənədlər qiymətləndirilib, növbəti mərhələdə isə tələblərə uyğun namizədlərlə müsahibələr keçirilib, onların nəzəri bilikləri, praktiki bacarıqları və yaradıcı potensialı dəyərləndirilib. Ümumilikdə 34 namizəd müsahibə mərhələsində iştirak edib.
Mədəniyyət Nazirliyi yanında müvafiq sahələr üzrə mütəxəssislərdən ibarət "Mədəni və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramının Komissiyası"nın qiymətləndirməsinin nəticələrinə əsasən, 17 namizəd Təqaüd Proqramından yararlanmaq hüququ qazanıb.
Təqaüd Proqramı çərçivəsində təhsil xərcləri namizədlərin yekun qiymətləndirmə nəticələri nəzərə alınmaqla tam və ya qismən maliyyələşdiriləcək.
Təqaüdçülərdən 7 nəfər bakalavriat, 10 nəfər isə magistratura səviyyəsi üzrə ABŞ, Birləşmiş Krallıq, İtaliya, Kanada, Çin, Türkiyə və digər ölkələrin ali təhsil müəssisələrində təhsilini davam etdirəcək.
Qeyd edək ki, Təqaüd Proqramı "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın Tədbirlər Planında nəzərdə tutulan "Mədəni və yaradıcı sənayelərin dinamik inkişafının təmin edilməsi və bu sahədə ixrac potensialının gücləndirilməsi" fəaliyyət istiqaməti üzrə həyata keçirilir.
Eyni zamanda, "Azərbaycan Mədəniyyəti – 2040" Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının 2026–2030-cu illər üzrə Tədbirlər Planında xaricdə təhsil proqramları vasitəsilə mədəniyyət sahələri üzrə peşəkar kadrların hazırlanması, əmək bazarının tələblərinə cavab verən, yaradıcı və innovativ düşüncəyə malik kadr ehtiyatının formalaşdırılması nəzərdə tutulur.
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Adil Kərimli: "Hər bir çağırışı təhdid kimi qəbul edib onunla açıq mübarizəyə girə bilmərik"
"UFC Fight Night Baku": İlkin döyüşlər başa çatıb, Fərman Həsənov qələbə qazanıb - YENİLƏNİB-6
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda 3 küçədə yollar bağlanacaq - Təmir işlərinə görə
-
KMBİ qanunsuz dövriyyəsi 10 milyon manat olan daha bir onlayn mərc şəbəkəsini ifşa etdi
-
Sakinlər imdad dilədilər: "Ən pis yer-yurd buradır, səsimizi çatdırın"
-
Kolumbiyada 7,4 bal gücündə zəlzələ: 55 ölü var - DƏHŞƏTLİ KADRLAR
-
Tramp: ABŞ Hörmüz boğazını minalardan tamamilə təmizləyib
-
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 132-yə çatıb - YENİLƏNİB-8













