Tramp: İrana etibar etmirəm
Far.Az xəbər saytı

Tramp: İrana etibar etmirəm


ABŞ Prezidenti Donald Tramp İranla bağlı vəziyyətin normal inkişaf etdiyini və Birləşmiş Ştatların Silahlı Qüvvələrinin Hörmüz boğazına tam nəzarət etdiyini bildirib.

"Far.Az"un məlumatına görə, o, bu barədə Vaşinqton yaxınlığındakı Endryus aviabazasında jurnalistlərə bildirib.

"İranla bağlı hər şey qaydasındadır - tamamilə normaldır. Biz Hörmüz boğazına tam nəzarət edirik. Biz onu idarə edirik; başqa heç kim, ancaq biz. Bizim Hərbi Dəniz Qüvvələrimiz inanılmazdır və ölkəmizdə işlər ələ gedir", - Tramp deyib.

Tramp həmçinin Tehrana etibar etmədiyini də əlavə edib.

"Mən İrana etibar edəcək sonuncu insanam; onlar məni dəfələrlə aldatdılar. Hazırda Hörmüz boğazına tam nəzarət edirik, onlar isə onu idarə etmirlər", - o deyib.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Monreal Protokolu ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı yenilənib
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (25.12.2025)
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (19.01.2026)
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (30.12.2025)

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər