ABŞ "Amerika Qalxanı" müttəfiqlərinin hərbi potensialını artırmağa hazırdır
Far.Az xəbər saytı

ABŞ "Amerika Qalxanı" müttəfiqlərinin hərbi potensialını artırmağa hazırdır


ABŞ "Amerika Qalxanı" ("Shield of the Americas") alyansının müttəfiqlərinə hərbi potensialın artırılmasında yardım etməyə hazırdır, lakin bunun müqabilində həmin ölkələrdən müdafiə xərclərini artırmalarını gözləyir.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Pit Heqset Panamada alyansın fəaliyyətinə həsr olunmuş konfransda çıxışı zamanı bildirib.

"ABŞ-ın NATO üzrə müttəfiqləri kollektiv müdafiə sahəsində öhdəliklərini əhəmiyyətli dərəcədə artırıblar və "Amerika Qalxanı" ölkələri də bu nümunəni izləməlidir. ABŞ Müdafiə Nazirliyi hərbi imkanlarınızı artırmağınız üçün sizə dəstək göstərməyə hazırdır və buna qadirdir. Lakin əlbəttə ki, biz sizin də öz hərbi potensialınıza əhəmiyyətli vəsait yatırmağınızı gözləyirik", – deyə o bildirib.

Heqset qeyd edib ki, alyans ölkələri öz müdafiələrinə ciddi yanaşdıqları halda, Vaşinqton onların hərbi imkanlarının artırılmasını və birgə hərbi əməliyyatlarda iştirakını prioritet hesab edəcək.

Müdafiə naziri həmçinin ABŞ administrasiyasının faktiki olaraq prezident Ceyms Monronun 1823-cü ildə irəli sürdüyü Monro doktrinasına qayıtmaq niyyətində olduğunu təsdiqləyib. Həmin doktrinaya əsasən, Vaşinqton Cənubi Amerikanı özünün müstəsna maraq dairəsi hesab edirdi.

Pit Heqsetin sözlərinə görə, ABŞ Qərb yarımkürəsini narkoterrorizm və düşmən xarici qüvvələrin fəaliyyəti də daxil olmaqla, xarici təhdidlərdən qorumaq niyyətindədir. Vaşinqton rəqib dövlətlərin regionda öz hərbi qüvvələrini yerləşdirməsinə imkan verməyəcək.

Narkokartellərin fəaliyyətinin nəticələrindən danışan Heqset bildirib ki, son onilliklər ərzində 1 milyondan çox amerikalı fentanil, kokain və digər narkotik maddələrin istifadəsi nəticəsində həyatını itirib.

Onun sözlərinə görə, bu itkilərin sayı ABŞ-ın 250 illik tarixində istənilən müharibədə verdiyi itkiləri üstələyir.

Oxşar xəbərlər

Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak edib
Leyla Əliyeva və Alyona Əliyeva Müstəqillik Gününə həsr olunmuş konserti izləyiblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər