ABŞ müttəfiqlərini Beynəlxalq Cinayət Məhkəməsindən çıxmağa çağırıb
ABŞ administrasiyası "Amerika Qalxanı" ("Shield of the Americas") alyansının üzvlərini Roma Statutundan çıxmağa və Beynəlxalq Cinayət Məhkəməsini (BCM) tərk etməyə çağırıb.
"Report" xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Pit Heqset Panamada çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, alyansın üzvü olan ölkələr öz suverenliklərini və vətəndaşları ilə hərbçilərinin müdafiəsi barədə qərarları müstəqil qəbul etmək imkanlarını qorumalıdır.
Heqset ölkələri BCM-in qərarlarına tabe olmamağa çağırıb. Onun fikrincə, məhkəmə milli hökumətlərin və məhkəmələrin səlahiyyətlərini məhdudlaşdırmağa çalışır.
ABŞ müdafiə naziri həmçinin BCM-in öz yurisdiksiyasını ABŞ və onun tərəfdaş ölkələrinin hərbçilərinə şamil etməyə çalışdığını bildirib. Heqsetin sözlərinə görə, ABŞ hərbçilərinin fəaliyyəti silahlı münaqişə hüququnun normalarına uyğundur və BCM alyans ölkələrinin milli suverenliyi üçün təhlükə yaradır.
"Amerika Qalxanı" alyansı ABŞ və bir sıra Latın Amerikası ölkələrini narkokartellərlə mübarizə və birgə hərbi əməliyyatların həyata keçirilməsi məqsədilə birləşdirir.
ABŞ administrasiyası daha əvvəl də BCM-ə qarşı sanksiyalar tətbiq edib. Belə ki, ABŞ Prezidenti Donald Tramp 6 fevral 2025-ci ildə bununla bağlı sərəncam imzalayıb. Sənəddə ABŞ və onun müttəfiqlərinin vətəndaşları ilə bağlı araşdırmalarda iştirak edən məhkəmə əməkdaşlarına, eləcə də onların ailə üzvlərinə qarşı maliyyə və viza məhdudiyyətlərinin tətbiqi nəzərdə tutulur.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün Beynəlxalq Gənclər Günüdür
-
Türkiyə ilə Liviya arasında hərbi məsləhətləşmələr aparılıb
-
Masazırda "Sabah" və "Orhus" azarkeşləri arasında baş vermiş İNSİDENTİN GÖRÜNTÜLƏRİ
-
"Mançester Siti" futbolçusu Kalvin Fillipsi icarəyə verib
-
Bir-dən təqaüdçülər üçün "Hər yaşa dost" təşəbbüsü
-
Şəkidə sel fəsadlara səbəb olub













