Trampın "Truth API" xidmətinə qarşı ABŞ-da məhkəmə iddiası qaldırılıb
ABŞ-ın "The Intercept Media" xəbər təşkilatı və "Freedom of the Press" qeyri-kommersiya assosiasiyası ABŞ Prezidenti Donald Trampa qarşı məhkəməyə müraciət edib.
"Far.Az" xəbər verir ki, bu barədə CNBC məlumat yayıb.
İddiaçılar məhkəmədən "Truth Social" platformasında paylaşımlara ödənişli erkən çıxış imkanı verən "Truth API" xidmətinin bloklanmasını tələb edirlər.
Onların fikrincə, xidmət ABŞ Konstitusiyasının Birinci və Beşinci düzəlişlərini pozur. "Truth API"yə abunəliyin aylıq qiymətinin 100 min dollara qədər olduğu bildirilir. Xidmət istifadəçilərə Trampın və digər məşhur hesabların paylaşımlarını platformadakı digər istifadəçilərdən daha əvvəl əldə etmək imkanı verir.
"Truth API" vasitəsilə Ağ Evin, ABŞ vitse-prezidenti Cey Di Vensin, FTB direktoru Kaş Patel və administrasiyanın digər nümayəndələrinin paylaşımlarına da erkən çıxış təqdim olunur.
Məhkəmə iddiasında qeyd edilir ki, Trampın paylaşımları dövlət siyasəti, hərbi əməliyyatlar və digər mühüm qərarlarla bağlı olduğundan maliyyə bazarlarına təsir göstərə bilər. İddiaçılar hesab edirlər ki, prezident dövlət idarəçiliyi ilə bağlı məlumatlara erkən çıxışı kommersiya məqsədilə sataraq gəlir əldə etməməlidir.
CNBC-nin məlumatına görə, Tramp öz trast fondu vasitəsilə "Trump Media" şirkətinin ən böyük səhmdarıdır. İddiaçıların hesablamalarına əsasən, Tramp 2025-ci ilin yanvarında prezident vəzifəsinə başladıqdan sonra "Truth Social" platformasında 9 mindən 11 minədək paylaşım edib.
CNBC məsələ ilə bağlı Ağ Evdən şərh istəyib.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Məşhurlardan 29 Oktyabr – Cümhuriyyət bayramı PAYLAŞIMLARI
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gecə baş verən meteor yağışı Azərbaycanda belə izlənib - MARAQLI GÖRÜNTÜLƏR
-
"28 May"–"Nizami" xətti bağlanır: Sabahdan 6 yeni ekspres avtobus işləyəcək
-
Qurban Qurbanov: "Rəqibi topsuz qoymağa çalışırdıq"
-
Konfrans Liqası: "Qarabağ" "Dinamo Kiyev"ə qarşı: Hesab açıldı - CANLI YAYIM
-
UEFA Konfrans Liqası: "Qarabağ" Kiyev "Dinamo"sunu məğlub edərək pley-offa yüksəlib - YENİLƏNİB-5
-
Yunanıstanın Kassandra yarımadasında yanğın səbəbindən 350-yə yaxın şəxs təxliyə edilib













