Bakıda qanunsuz fəaliyyət göstərən klinikalarda QALMAQAL: "Mənə qanun maraqlı deyil"
Far.Az xəbər saytı

Bakıda qanunsuz fəaliyyət göstərən klinikalarda QALMAQAL: "Mənə qanun maraqlı deyil"


Nərimanov rayonu ərazisində yerləşən "Laçın Dental Clinic"də tibbi təhsili olmadığı iddia edilən Aytən Verdiyeva adlı şəxsin stomatoloji fəaliyyət göstərməsi ilə bağlı Baku TV-nin qaynar xəttinə müraciət daxil olub.

Kanalın çəkiliş qrupu məsələni araşdırmaq üçün klinikaya yollanıb. Müxbir Aytən Verdiyeva tərəfindən müayinə olunub, daha sonra isə ondan tibbi təhsili barədə məlumat istəyib. Lakin o, suallara cavab verməkdən imtina edib və çəkiliş qrupunu öz otağından qovub.

Çəkiliş qrupu daha sonra digər adıçəkilən həkim - Aynur Dəmirovanın fəaliyyət göstərdiyi "Dental Butik" estetik klinikasına yollanıb. Klinikanın qanun çərçivəsində fəaliyyət göstərdiyi bildirilsə də, suallara cavab vermək və tibbi təhsili təsdiq edən sənədləri təqdim etməkdən imtina edilib. Klinikanın əməkdaşı isə müxbirə "Bura qanunla işləyən yerdir. Hazırda həkim burada deyil" deyib. Müxbir isə həkimin klinikada olduğunu bildirdikdən sonra, özünü qeydiyyatçı kimi təqdim edən xanım "Mənə qanun maraqlı deyil" fikirlərini söyləyib.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə sorğu ünvanlanıb. Qurumdan bildirilib ki, Səhiyyə Nazirliyinin tibb işçilərinin vahid reyestrində Aytən Novruz qızı Verdiyeva adlı həkim-stomatoloq və Aynur Dəmirova adlı şəxs aşkar edilməyib. Hazırda Analitik Ekspertiza Mərkəzinin e-sistemində hüquqi adı "Laçın Klinikası" və "Dental Butik" olan özəl tibb müəssisəsi mövcud deyil.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib
Tənqid edilənlər, qalmaqal yaradanlar, ilklərə imza atıb, yeniliklər edənlər... - 2025-ci ilin əsas şou hadisələri
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər