Yerin maqnit sahəsi insanın qərarlarına təsir edə bilər - MARAQLI ARAŞDIRMA
Yerin maqnit sahəsi insanın qeyri-ixtiyari verdiyi qərarlara təsir göstərə bilər.
BAKU.WS xəbər verir ki, Cənubi Koreyanın Kyunqbuk Milli Universitetinin alimləri apardıqları araşdırmada belə qənaətə gəliblər. Tədqiqatın nəticələri "Frontiers in Neuroscience" jurnalında dərc olunub.
Araşdırmada 108 könüllü iştirak edib. Alimlər onlardan Koreyanın ənənəvi "qo" oyununa bənzər sadələşdirilmiş oyunda iştirak etmələrini istəyiblər. İştirakçılar təsadüfi şəkildə kimin qara daşları alacağını müəyyənləşdiriblər.
Təcrübələr zamanı Yer kürəsinin maqnit sahəsi ya normal vəziyyətdə saxlanılıb, ya da demək olar ki, tamamilə neytrallaşdırılıb. Könüllülər isə hər raundda hansı şəraitdə olduqlarını bilməyiblər.
Maqnit sahəsi neytrallaşdırıldıqda iştirakçılar qara daşları təsadüfi seçim gözləntisindən daha az seçiblər. Maqnit sahəsi normal olduqda isə belə fərq müşahidə edilməyib.
Maraqlısı odur ki, iştirakçıların təxminən 98 faizi təcrübə zamanı hər hansı dəyişiklik hiss etmədiklərini bildiriblər.
Alimlərin fikrincə, nəticələr insan orqanizminin Yerin maqnit sahəsini müəyyən formada qəbul edə biləcəyinə işarə edir. Lakin bu məlumatın şüur səviyyəsinə çatması mütləq deyil.
Tədqiqatçılar bunun hansı mexanizmlə baş verdiyini hələ müəyyən edə bilməyiblər. Ehtimal olunan variantlar arasında bəzi heyvanlarda maqnit istiqamətlənməsində rol oynayan kriptoxrom zülalları, eləcə də insan beynində aşkar edilmiş mikroskopik maqnetit hissəcikləri nəzərdən keçirilir.
Bununla belə, alimlər vurğulayırlar ki, nəticələr insanlarda tam formalaşmış "maqnit hissinin" mövcudluğunu hələ sübut etmir.
Yerin maqnit sahəsinin gündəlik davranışımıza, əhvalımıza və ya həyatımızda verdiyimiz mühüm qərarlara təsir edib-etmədiyi də məlum deyil. Bu suala cavab vermək üçün əlavə araşdırmalara ehtiyac var.
Oxşar xəbərlər
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şəkidə sel fəsadlara səbəb olub
-
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
-
Masazırda "Sabah" və "Orhus" azarkeşləri arasında baş vermiş İNSİDENTİN GÖRÜNTÜLƏRİ
-
Gəncədə yolu keçmək istəyən piyadanı maşın vuraraq öldürüb
-
"Mançester Siti" futbolçusu Kalvin Fillipsi icarəyə verib
-
UEFA Superkubokunun qalibi müəyyənləşib













