ABŞ-də 11 nəfər "Green card" almaq üçün saxta nikahların təşkilində ittiham olunub
ABŞ Çin vətəndaşlarının Amerika "Green card" almasına imkan verən saxta nikahların təşkilinə görə 11 nəfərə qarşı ittiham irəli sürüb.
"Report" xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin bəyanatında deyilir.
ABŞ hakimiyyətinin versiyasına görə, təqsirləndirilən şəxslər 2016-cı ildən 2026-cı ilə qədərki dövrdə irimiqyaslı dələduzluq sxemində iştirak ediblər. İddia olunduğuna görə, onların xidmətlərindən mindən çox insan istifadə edərək saxta nikah üçün 100 min dollara qədər pul ödəyib.
Təqsirləndirilən şəxslər saxlanılıb və avqustun 12-də məhkəmə qarşısına çıxarılıblar. Nyu-Yorkun Cənub Dairəsi Prokurorluğu onları miqrasiya sahəsində dələduzluq məqsədilə əlbir olmaqda, həmçinin əcnəbilərin ABŞ-də qanunsuz yaşaması məqsədilə əlbir olmaqda ittiham edir.
Hər iki bənd üzrə təqsirli bilindikləri təqdirdə, onları 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Oxşar xəbərlər
Nyu-Yorkun "Times" meydanında Zəfər Günü ilə bağlı məlumatlandırma aksiyası keçirilir
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub - YENİLƏNİB
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













