Far.Az xəbər saytı
Far.Az xəbər saytı
Qahirədə ticarət mərkəzində baş verən partlayışda üç nəfər ölüb, 17 nəfər yaralanıb
Qahirədəki "Arabella Plaza" ticarət mərkəzində helium balonunun partlaması nəticəsində üç nəfər ölüb, 17 nəfər yaralanıb.
"Far.Az" xəbər verir ki, bu barədə Misirin Səhiyyə Nazirliyi "X" sosial şəbəkəsində məlumat paylaşıb.
Bildirilib ki, hadisə hədiyyə mağazasında baş verib. Partlayışdan sonra yanğın baş verib, qonşuluqdakı bəzi mağazaların fasadları zədələnib. Qurumdan əlavə edilib ki, yanğın söndürülüb.
Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Binəqədidə güclü yanğın tam söndürülüb - YENİLƏNİB-4
Topdansatış mağazasında alkoqollu içkilərdə uyğunsuzluq aşkarlanıb
Bakıda baş verən güclü yanğın söndürülüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













