Biləsuvarda bəzi ərazilərdə qazın verilişi müvəqqəti dayandırılacaq
Far.Az xəbər saytı

Biləsuvarda bəzi ərazilərdə qazın verilişi müvəqqəti dayandırılacaq


Sabah Biləsuvar rayonunun bəzi ərazilərində qazın verilişində fasilə yaranacaq.

Far.Az xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar avqustun 14-də saat 10:00-dan etibarən rayonun Xırmandalı, Bəydili, Muğan, Yuxarı Ağalı kəndlərinin, Biləsuvar şəhərinin "Təyyarə Meydanı" yaşayış massivinin və H. Əliyev prospektinin bir hissəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.

Oxşar xəbərlər

Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
İlham Əliyev Ağdərədə Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
Prezident İlham Əliyev Xocalının Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşüb
Ağalı və Məmmədbəyli kəndlərində Novruz festivalı və sərgi-satış yarmarkası keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər