İƏT ölkələrinin Ticarət və Sənaye palataları biznes vizalarının sadələşdirilməsini müzakirə edir
İstanbul-Tehran-İslamabad (ITI) nəqliyyat dəhlizinin bərpa olunmasına kəskin ehtiyac var.
"Far.Az" İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) istinadən xəbər verir ki, bu barədə İƏT-in Ticarət və Sənaye Palatasının prezidenti Atif İkram Şeyx İƏT ölkələrinin, o cümlədən Azərbaycanın Ticarət və Sənaye palatalarının rəhbərlərinin görüşündə bildirib.
O, həmçinin təşkilat ölkələri arasında avtomobil, dəmir yolu və aviasiya əlaqələrinin genişləndirilməsinin, eləcə də regionda qarşılıqlı əlaqələrin gücləndirilməsi üçün beynəlxalq avtomobil daşımaları (TIR) sisteminin daha geniş tətbiqinin zəruriliyini qeyd edib.
A.Şeyxin sözlərinə görə, İƏT ticarət, nəqliyyat və turizm arasında "sinerji effekti"nin formalaşdırılması üzərində işləyir, təşkilatın məqsədi isə nəqliyyat əlçatanlığına və infrastruktura qoyulan investisiyaların ticarət həcmlərinin artımına, həmçinin malların, xidmətlərin və insanların transsərhəd yerdəyişməsinin aktivləşdirilməsinə transformasiya edilməsidir.
O, həmçinin kiçik və orta biznes üçün tərəfdaşların axtarışı üzrə regional platformanın, B2B formatında ixtisaslaşdırılmış forumların və qadınların rəhbərlik etdiyi biznes üçün sərgilərin yaradılmasının zəruriliyini qeyd edib.
Öz növbəsində, İƏT-in Baş katibi Əsəd Məcid Xan tədbirdə çıxışı zamanı ticarət inteqrasiyası gündəliyinin təşviqi və ticarətin genişləndirilməsi, xüsusilə də işgüzar əlaqələrin qurulmasına şəraitin yaradılması məqsədilə özəl sektorun öz ölkələrinin hökumətləri ilə sıx əməkdaşlığının zəruriliyini qeyd edib.
Nümayəndələr özəl sektorun daha fəal iştirakı ilə əməkdaşlığın möhkəmləndirilməsi yollarını müzakirə edib, ticarət axınlarının artırılmasına və nəqliyyat əlaqələri sahəsindəki problemlərin aradan qaldırılmasına diqqət yetiriblər.
İştirakçılar, həmçinin biznes icmasının nümayəndələri üçün sadələşdirilmiş viza rejiminin tətbiqinin vacibliyini vurğulayıblar.
Oxşar xəbərlər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib













