Ələt və Türkmənbaşı limanları yük axınına nəzarətdə əməkdaşlığı gücləndirir
Türkmənbaşı (Türkmənistan) və Ələt (Azərbaycan) beynəlxalq dəniz limanlarında dəniz daşımaları sahəsində məlumat mübadiləsi üzrə birgə praktiki təlim keçirilib.
"Report" Türkmənistanın Dövlət Gömrük Xidmətinə istinadən xəbər verir ki, məqsəd yük axınlarına nəzarətin səmərəliliyinin artırılması və region ölkələrinin liman xidmətləri arasında əməkdaşlığın gücləndirilməsi olub.
Təlimdə Türkmənistan, Azərbaycan, Qazaxıstan və Tacikistanın liman nəzarəti qrupları iştirak ediblər.
Tədbir çərçivəsində Xəzər dənizində beynəlxalq yük dövriyyəsinin inkişafına, malların qanunsuz dövriyyəsinə qarşı mübarizəyə və bununla bağlı risklərin azaldılmasına xüsusi diqqət yetirilib. Mütəxəssislərin peşəkar bacarıqlarının, operativ məlumat mübadiləsinin və Türkmənbaşı və Ələt beynəlxalq dəniz limanları arasında birbaşa qarşılıqlı əlaqənin təkmilləşdirilməsi də prioritet olub.
İştirakçılar praktiki təcrübə mübadiləsi aparıb və mal-müşayiət sənədlərinin təhlili, eləcə də yük və nəqliyyat vasitələrinə gömrük baxışının keçirilməsi vərdişlərini təkmilləşdiriblər.
Oxşar xəbərlər
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Tacikistan səfiri: Düşənbə və Bakı münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib













