Göyçayda zəncirvari qəza olub, altı nəfər xəsarət alıb - YENİLƏNİB
Far.Az xəbər saytı

Göyçayda zəncirvari qəza olub, altı nəfər xəsarət alıb - YENİLƏNİB


Göyçay şəhərində baş verən zəncirvari avtomobil qəzasında altı nəfər xəsarət alıb.

"Far.Az"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayon mərkəzinin Heydər Əliyev prospektində qeydə alınıb.

İlkin məlumata görə, prospektdə hərəkətdə olan "VAZ-2107", "VAZ-2105" və "Hyundai Sonata" markalı minik avtomobillərinin iştirakı ilə zəncirvari toqquşma baş verib.

Qəza nəticəsində 6 nəfər - 2011-ci il təvəllüdlü Sabir Nəsibli, Fidan Nəsibova (1991), Mansur Babazadə (1995), Tural İbrahimov (1992), Mirəli Zeynalov (2007) və Nuray Nəsibli (2009) xəsarət alıblar.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım briqadaları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Xəsarət alan şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra onlar Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hazırda faktla bağlı araşdırma aparılır.

Göyçayda üç minik avtomobili toqquşub, xəsarət alanlar var.

"Far.Az"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.

Zəncirvari yol qəzası nəticəsində avtomobillərdə olan 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranov Göyçayda dəfn olunub
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər