Stepanyan: Azərbaycan-Ermənistan enerji şəbəkələrinin sinxronlaşdırılması regional sülhə töhfə verəcək
Far.Az xəbər saytı

Stepanyan: Azərbaycan-Ermənistan enerji şəbəkələrinin sinxronlaşdırılması regional sülhə töhfə verəcək


Azərbaycan və Ermənistanın enerji sistemlərinin sinxronlaşdırılması regionda uzunmüddətli sülh üçün təminat yarada bilər.

Bunu "Far.Az"un Gürcüstan bürosuna açıqlamasında "Çoxmillətli Gürcüstan" ümumvətəndaş hərəkatının rəhbəri Arnold Stepanyan Azərbaycan və Ermənistan arasında enerji əməkdaşlığının perspektivlərini dəyərləndirərkən bildirib.

O bildirib ki, enerji sahəsində əməkdaşlıq iki ölkə və cəmiyyət arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinin ən güclü vasitələrindən biri ola bilər.

"Bu, nəinki buna kömək edəcək, hətta daha artığını deyərdim: real olaraq gündəlik həyatda iki cəmiyyət və iki ölkə arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi üçün ən güclü vasitələrdən biri olacaq", – A.Stepanyan qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında münasibətlər artıq müsbət istiqamətdə inkişaf edir. Ekspert enerji sistemlərinin qarşılıqlı əlaqələndirilməsini və sinxronlaşdırılmasını uzunmüddətli xarakter daşıyan ilk praktiki addımlardan biri hesab edir.

"Enerji sistemlərinin sinxronlaşdırılması uzunmüddətli xarakter daşıyan ilk praktiki addım olacaq və regionda uzunmüddətli sülh üçün müəyyən təminatlar yaradacaq", – o vurğulayıb.

A.Stepanyan Azərbaycanın regionun enerji ixracatçısı kimi rolunun artdığını da qeyd edib. Onun fikrincə, Azərbaycan artıq yalnız xammal tədarükçüsü deyil, həm də elektrik enerjisi ixrac edən ölkə kimi çıxış edir.

Ekspert Azərbaycan və Ermənistanın enerji sistemlərinin gələcəkdə sinxronlaşdırılmasının yeni bazarlara çıxış imkanlarını genişləndirə biləcəyini bildirib.

O, bu əməkdaşlığın qarşılıqlı maraqlara əsaslanmasının vacibliyini vurğulayıb və qeyd edib ki, əsas məsələ elektrik enerjisinin hansı qiymətə satılması deyil, sistemin şəffaflığı və tərəflərin beynəlxalq bazarlarda birgə fəaliyyət imkanlarıdır.

A.Stepanyan əlavə edib ki, enerji sahəsində əməkdaşlığın inkişafı gələcəkdə digər birgə biznes layihələrinə və müxtəlif iqtisadi istiqamətlərə də müsbət təsir göstərə bilər.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ürəyində problemlə doğulan Arnold Şvartseneqqerin illərdir sağlamlığı ilə bağlı apardığı gizli mübarizəsi...

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər