ABŞ-də baş verən atışmada beş nəfər ölüb
Far.Az xəbər saytı

ABŞ-də baş verən atışmada beş nəfər ölüb


ABŞ-nin Miçiqan ştatında baş verən atışmada beş nəfər ölüb.

"Far.Az"un "Associated Press"ə istinadəin məlumatına görə, polis atışma barədə məlumat daxil olduqdan sonra bir evə gəlib. Hadisə yerində üç nəfərin meyiti, bir yaralı aşkarlanıb, o, xəstəxanaya aparılıb.

Hadisəni törətməkdə şübhəli bilinən 39 yaşlı Çad Hikmanı axtararkən polislər başqa evdə dördüncü ölünü aşkar ediblər.

Daha sonra polis Hikmanın maşınını meşədə tapıb. Şübhəlinin və digər qurbanın meyitləri avtomaşının yaxınlığında tapılıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Oxşar xəbərlər

Çad "ASAN xidmət" təcrübəsinin tətbiqində maraqlıdır
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Azərbaycan məktəblərində 263 müəssisədə sanitar pozuntu aşkarlanıb
27 il meşədə yaşayan adam kameralara yaxalandı
Şirvanda evdə partlayış - Ağır yaralı var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər