İtaliyada Renuar, Sezan və Matisin oğurlanmış rəsmləri tapılıb
İtaliyada məşhur rəssamlar Pyer-Ogüst Renuar, Pol Sezan və Anri Matisin Parma yaxınlığındakı Manyani-Rokka Fondunun şəxsi muzeyindən üç rəsmini oğurlamaqda şübhəli bilinən Moldova əsilli üç şəxs həbs edilib.
"Far.Az"un ANSA-ya istinadən məlumatına görə, bu barədə karabinerin incəsənət cinayətlərini araşdıran xüsusi bölməsi xəbər verib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, oğurlanmış üç əsər tapılıb və muzeyə qaytarılıb. Onların ümumi dəyəri 9 milyon avro qiymətləndirilir.
"Karabinerlər 23 martda Manyani-Rokka Fondunun muzeyindən Pol Sezan, Pyer-Ogüst Renuar və Anri Matisin oğurlanmış üç qiymətli əsərini geri qaytarıblar", - Parmanın karabineri "X" sosial media hesabında açıqlamasında bildirilir.
Xatırladaq ki, rəsmlər martda oğurlanıb. Oğrular Luici Manyaninin (1906-1984) şəxsi kolleksiyasının yerləşdiyi Manyani villasının qapısını sındırıblar.
Söhbət Renuarın son əsəri olan "Balıqlar", Sezanın "Albalı ilə natürmort" və Matisin "Terrasdakı xanım" akvarel əsərlərindən gedir.
İncəsənət tarixçisi və kolleksiyaçı Luici Manyaninin adını daşıyan fondda onun Titian, Dürer, Rubens, Qoya, Kanova, Mone və digər tanınmış rəssamların əsərlərini özündə birləşdirən kolleksiyası saxlanılır.
Kolleksiya İtaliyanın ən əhəmiyyətli şəxsi sənət kolleksiyalarından biri hesab olunur.
Oxşar xəbərlər
İtaliyada muzeydən Renua, Sezanne və Matissenin rəsmləri oğurlanıb
Azərbaycan-Gürcüstan dostluğunu və milli irsi yaşadan mərkəz - Axundov Muzeyindən REPORTAJ
Fərhad Xəlilov: Azərbaycan cəmiyyətində rəssam və rəssamlığa münasibət hələ indi formalaşır – MÜSAHİBƏ
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Lənkəranda oğrular mürəbbə yeyib evi yandırdılar - İDDİA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Özünü hər sahədə göstərə bilən bürclər
-
SOCAR-ın borc öhdəlikləri açıqlanıb
-
Sabahdan böyük DƏYİŞİKLİK! 6 Ekspres avtobus xətti işə düşür - Haradan-haraya
-
Türkiyədə viza fırıldaqçılığı ilə məşğul olan 37 nəfər həbs edilib
-
Netanyahu: Nüvə silahlı "İslam respublikası" Britaniya olacaq
-
Husilər Nəcranda "Saudi Aramco"nun obyektinə hücum ediblər













