Tbilisidə leysan yağışlar həyatı iflic etdi - 2 metro stansiyasını su basıb
Gürcüstanın paytaxtı Tbilisidə güclü yağış nəticəsində bir sıra əraziləri su basıb, bəzi ərazilərdə fövqəladə xidmətlər gücləndirilmiş rejimə keçib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Tbilisi şəhər meriyası məlumat yayıb.
Meriyanın məlumatına görə, güclü yağış nəticəsində küçələr, zirzəmilər, həmçinin "Rustaveli" və "Vaja-Pşavela" metrostansiyaları su altında qalıb.
Saburtalo rayonunun Çikovani küçəsində isə qaz kəməri zədələnib. Hadisə ilə əlaqədar yaxınlıqdakı binanın sakinləri təxliyə edilib. Hazırda qaz şəbəkəsinin bərpası istiqamətində işlər aparılır.
Meriyanın müvafiq xidmətləri və rayon administrasiyaları gücləndirilmiş rejimdə fəaliyyət göstərir. "Tbilservice Group" əməkdaşları yolların təmizlənməsi və küçələrdə yaranmış problemlərin aradan qaldırılması ilə məşğuldur.
Problemli ərazilərə Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin əməkdaşları və patrul polisi səfərbər olunub.
Gürcüstanın Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, avqustun 15-i səhərədək Tbilisi və ətraf ərazilər, eləcə də Kaxeti və Kvemo Kartlidə fasilələrlə güclü yağış gözlənilir. Sinoptiklər bəzi ərazilərdə ildırım, dolu və güclü külək ehtimalını da açıqlayıblar.
Qeyd olunur ki, güclü yağıntılar kiçik çaylarda daşqınlara, dağlıq, dağətəyi ərazilərdə torpaq sürüşməsi, sel hadisələrinin yaranmasına və ya aktivləşməsinə səbəb ola bilər.
Tbilisi meriyası sakinlərə zərurət yaranacağı təqdirdə "Qaynar xətt"ə müraciət olunmasını tövsiyə edib.
Oxşar xəbərlər
Bakıda bir sıra küçələr yağış sularından təmizlənir
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Güclü yağış Tbilisidə bir sıra problemlər yaradıb, iki metrostansiyasını su basıb - YENİLƏNİB
Tbilisidə güclü yağış torpaq sürüşməsinə səbəb olub - YENİLƏNİB-2
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb













