"Zəyəm Texnologiyalar Parkı" yenidən zərərlə işləyir
Far.Az xəbər saytı

"Zəyəm Texnologiyalar Parkı" yenidən zərərlə işləyir


"Zəyəm Texnologiyalar Parkı" ASC (ZTP) bu ilin I yarısını 460 min manat zərərlə başa vurub. Halbuki, ZTP ötən ilin eyni dövründən 156 min manat mənfəətlə çıxmışdı.

"Report" xəbər verir ki, bu il iyulun 1-nə ZTP-nin aktivləri 18,793 milyon manat olub ki, bu da illik müqayisədə 12 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 9,45 % azalaraq 15,841 milyon manata, balans kapitalı isə 23,4 % azalaraq 2,952 milyon manata düşüb.

ZTP 1962-ci ildən fəaliyyət göstərən "Bakı avtomobil ehtiyat hissələri" zavodunun filialının bazasında 2002-ci ildə, "Zəyəmkəndmaş" adı ilə yaradılıb, 2014-cü ildə onun adı indikinə dəyişdirilib. Şirkətin nizamnamə kapitalı 18,305 milyon manatdır. Onun səhmlərinin 97,29 %-i "AzMade Group" MMC-yə, 2,71 %-i isə 168 fiziki şəxsə məxsusdur. Park ölkə ərazisində sənaye zavodlarının tikintisi və quraşdırılması fəaliyyəti ilə də məşğuldur.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib
Prezident İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib
Leyla Əliyeva Türkmənistanda Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun Avaza filialının açılışında iştirak edib
"Zəyəm Texnologiyalar Parkı" maliyyə vəziyyətini açıqlayıb
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər