Ərinin boğazını bıçaqla kəsdi – ŞOK hadisənin DETALLARI
Arvadı canına qəsd etdiyini deyirdi, polis qətl olduğunu müəyyən etdi... Qadın ərinin boğazını bıçaqla kəsərək qətlə yetirib...
Far.Az Xəzər TV-yə istinadən xəbər verir ki ağır cinayət Sabunçu rayonu, Zabrat qəsəbəsi, Sabit Orucov küçəsində yerləşən fərdi yaşayış evlərinin birində baş verib. Ötən gün axşam saatlarında bir nəfərin özünü kəsici alətlə öldürməsi barədə polisə məlumat daxil olub. Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları baxış keçiriblər. Araşdırmalarla 46 yaşlı Nail Syubayevin ailə münaqişəsi zəmnində həyat yoldaşı 42 yaşlı Alfina Azizova tərəfindən qətlə yetirməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Alfina Azizova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib. Kəsici alət isə sübut kimi götürülüb. Nail Syubayevin meyiti isə aidiyyəti üzrə təhvil verilib.
Qonşuların sözlərinə görə, hər iki şəxs spirtli içki aludəçisi olublar və mütəmadi şəkildə ailədaxili mübahisələri baş verib. Məlumatlara görə, onların 2 övladı var.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb, istintaq davam edir.
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Xocalının Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olunub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Robert Koçaryanın oğullarının adı qalmaqalda: Növbə müğənni gəlininə də çatdı
-
Ətrafı tullantılarla çirkləndirən "Ford" sürücüsü tənqid edildi
-
BANM-də bütün ixtisaslar üzrə dövlət sifarişli yerlərə keçid balı 600-dən yüksək olub
-
Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Bakıda başı dəmir barmaqlıqlar arasında qalan azyaşlı boğularaq ölüb
-
Kəlbəcərdə yerləşən 3 KSES-də istehsal olunan enerjinin həcmi açıqlanıb













