Bakı metrosunun iş rejimi dəyişdiriləcək
Far.Az xəbər saytı

Bakı metrosunun iş rejimi dəyişdiriləcək


Bu axşam saat 20:45-də "Sabah" UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin "Hapoel" (Beer-Şeva) klubu ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunla əlaqədar Bakı Metropoliteninin iş rejimində dəyişiklik ediləcək.

BAKU.WS xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Bildirilib ki, matç penaltilər seriyasına qədər davam edərsə, stansiyalar gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Həmçinin "Gənclik" stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır saxlanılacaq və növbətçilik əsasında əlavə köməkçi işçi qüvvəsi ayrılacaq.

"Nərimanov" və "28 May" stansiyalarında da əlavə tədbirlər görüləcək.

Gün ərzində qatarların hərəkəti isə mövcud qrafik üzrə davam etdiriləcək.

Oxşar xəbərlər

UEFA Çempionlar Liqası: "Qarabağ" Bakıda "Nyukasl"a böyük hesabla uduzub - YENİLƏNİB-9
Çempionlar Liqası: "Qarabağ" - "Nyukasl" matçında yeddinci qol vurulub - YENİLƏNİR-8
UEFA Konfrans Liqası: "Qarabağ" Kiyev "Dinamo"sunu məğlub edərək pley-offa yüksəlib - YENİLƏNİB-5
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
"Sabah"ın 6 dəfə İsrail çempionu olan rəqibi - 77 yaşlı "Hapoel" zəngin tarixə malikdir - TANITMA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər