Azərbaycan düyü idxalına çəkdiyi xərci 28 % azaldıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 24,1 milyon ABŞ dolları dəyərində 27,4 min ton düyü idxal edib.
"Far.Az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 8,2 min ton (22,9 %), dəyər baxımından isə 9,45 milyon ABŞ dolları (28,1 %) azdır.
Hesabat dövründə düyü idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,2 %-ni təşkil edib.
7 ayda Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,3 % çoxdur. Xarici ticarət dövriyyəsinin 19 milyard 336 milyon ABŞ dolları ixracın, 9 milyard 881 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 27,4 % azalıb. Son nəticədə xarici ticarətdə 9 milyard 455 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,9 dəfə çoxdur.
Oxşar xəbərlər
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycan regionda müsbət saldo saxlayan yeganə ölkədir
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
WP: Konqodakı son epidemiya tarixdə ən böyük ebola epidemiyası ola bilər
-
Azərbaycanda yeni sanitariya norma və qaydaları təsdiq edilib
-
Əlcəzairdə meşə yanğınlarında azı 12 nəfər ölüb
-
"Nvidia" rüb ərzində mənfəətinin ikiqat artdığını açıqlayıb
-
Dostluqda etibarsız hesab edilən bürclər
-
Tramp: MKİ rəhbərinin Rusiyaya səfəri qismən rutin xarakterlidir













