Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları - SİYAHI
Far.Az xəbər saytı

Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları - SİYAHI


Məktəb formalarının qiymətlərinə tətbiq olunan endirimlər davam edir. Belə ki, şalvar və ətəklərin qiyməti 20 manatdan 15 manata endirilib.

Far.Az xəbər verir ki, "Bakı Tikiş Evi" (BTE) ASC-nin satış üzrə müdiri Etibar Əzimov APA-ya açıqlamasında bildirib ki, bu il jaketlərin qiyməti də 30 manatdan 20–22 manata endirilib.

Qeyd edilib ki, həmin endirimli qiymətlər cari ildə də qüvvədədir.

O vurğulayıb ki, köynək və polo köynəklərin qiyməti qısaqol modellər üçün 12 manat, uzunqol modellər üçün isə 14 manatdır. Məhsullar 100 faiz pambıq parçadan hazırlanır.

"Satış mərkəzləri ilboyu fəaliyyət göstərir. Məktəb mövsümü ərəfəsində isə bütün şənbə və bazar günləri də daxil olmaqla, həftənin bütün günləri, ayın 15-dək fəaliyyət göstərəcəklər. Satış mərkəzlərinin ünvanları, əlaqə nömrələri, qaynar xətt və digər məlumatlar müəssisənin "Instagram" səhifəsində, eləcə də Bakı Tikiş Evinin internet saytında yerləşdirilib", - deyə o bildirib.

BTE həmçinin valideynlərə müraciət edərək, məktəb formalarını təsadüfi satış yerlərindən almamağı tövsiyə edib:

"Valideynlərə təsadüfi satış yerlərindən mənşəyi və keyfiyyəti məlum olmayan məktəb formalarını almamaq tövsiyə olunur. Belə məhsulların hansı materialdan hazırlandığı məlum olmaya, həmçinin onların keyfiyyət və uyğunluq sertifikatları olmaya bilər.

Valideynlərə fabrik istehsalı olan, sertifikat və zəmanətlə təmin edilən məhsullara üstünlük vermələri tövsiyə edilir. Məktəb formalarına bir il zəmanət verilir və bu müddət ərzində onların keyfiyyətində heç bir dəyişiklik olmayacağına zəmanət verilir", - deyə müraciətdə bildirilib.

Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları - SİYAHI

Oxşar xəbərlər

Bakı Tikiş Evi: Məktəbli formaları bu il də endirimli qiymətlərlə satışa çıxarılıb
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Azərbaycanda məktəbli formalarının YENİ QİYMƏTLƏRİ
Prezident İlham Əliyev Sabirabadda pambıq emalı zavodunun fəaliyyəti ilə tanış olub
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər