Bakı Tikiş Evi: Məktəbli formaları bu il də endirimli qiymətlərlə satışa çıxarılıb
Yeni tədris ilinin başlamasına təxminən 1 ay vaxt qaldığı dönəmdə artıq bəzi mağazalarda məktəbli formalarının satışı həyata keçirilir.
"Report" bu məqsədlə bir neçə ticarət məkanında məktəbli formalarının qiymətləri ilə maraqlanıb.
Müşahidə aparılan bir neçə satış məntəqəsində məktəbli formalarının qiymətlərinin dəyişkən olduğu qeydə alınıb.
Belə ki, mağazaların birində qisaqol köynək 23-27 manat, uzunqol köynək 25-27 manat, klassik şalvar 20-28 manat, ipli şalvar 20-30-35 manat, jaket 25-35 manat, ətəklər isə 25-35 manat arasında təklif edilir. Formanın üzərinə məktəbin embleminin vurulması isə 1,5 manata başa gəlir.
Mağazanın satış üzrə mütəxəssis bildirib ki, onların satışa çıxardıqları Türkiyə istehsalı olan məktəbli formaları tam pambıq parçadan hazırlanır və tiftiklənmir.
Digər satış mərkəzində isə köynək 15 manat, ətək 13 manat, şalvar 20, jaketlər isə 23 manatdan başlayan qiymətə satılır.
Bakı Tikiş Evi (BTE) Satış şöbəsinin müdiri Etibar Əzimov isə "Report"a açıqlamasında bildirib ki, istehsal etdikləri məktəbli formaları keçən il olduğu kimi bu il də endirimli qiymətlərlə satışa çıxarılıb:
"Əvvəllər 20 manata satılan şalvar və ətəklərin qiyməti indi 15 manata endirilib. Jaketlər 30 manat əvəzinə 22 manata, polo köynəklər isə 12-14 manata təklif olunur".
O, BTE-də məktəbli formalarının Türkiyə, Belarus və Özbəkistandan gətirilən yüksək keyfiyyətli parçalardan hazırlandığını vurğulayıb.
E.Əzimov məktəbli formalarının satışının ilboyu davam etdirildiyini diqqətə çatdırıb:
"Ölkə üzrə fəaliyyət göstərən 8 satış mərkəzində hər gün səhər saat 09.00-dan axşam 18:00-a kimi valideynlər istədikləri ölçüdə forma əldə edə bilərlər".
Şöbə müdiri dərs ilinin başlamasına az müddət qaldığını nəzərə alaraq məktəbli formalarının alışını tezləşdirməyi tövsiyə edib:
"Vaxt az qaldığından satış məntəqələrində sıxlıq və növbələr yarana bilər. Bu səbəbdən, valideynlərin məktəbli formalarını əvvəlcədən alması həm rahat seçim imkanlarını genişləndirir, həm də növbədə gözləmədən alış-veriş etməyə şərait yaradır".
Oxşar xəbərlər
Xocalı şəhərində "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Məktəbin ilk günündən FOTOLAR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Sumqayıtda 36 nömrəli tam orta məktəbin yenidənqurmadan sonra açılışı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"28 May"–"Nizami" xətti bağlanır: Sabahdan 6 yeni ekspres avtobus işləyəcək
-
Qurban Qurbanov: "Rəqibi topsuz qoymağa çalışırdıq"
-
Hacıqabulda avtomobilin vurduğu piyada ölüb
-
İsveç parlamenti cinayət məsuliyyəti yaşının 14-ə qədər endirilməsinə səs verib
-
ABŞ dronların idxalına rüsumlar tətbiq edib
-
SEPAH: Hörmüz boğazı bağlıdır və İran gəmiçiliyə tam nəzarət edir













