Paşinyan: Heç kim indi sual vermir ki, Köçəryanda milyardlar haradandır
Far.Az xəbər saytı

Paşinyan: Heç kim indi sual vermir ki, Köçəryanda milyardlar haradandır


Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin sabiq prezidenti Robert Köçəryanın həbsini şərh edərək onun korrupsiya sxemlərini açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə Ermənistanın baş naziri cümə axşamı hökumət iclasından sonra keçirilən brifinqdə bildirib.

"İndi heç kim sual vermir: Robert Köçəryanda bu milyardlar haradandır? O deyir: "Biz bizneslə məşğul olmuşuq". Kimi aldadırlar? Yəni onlar belə uğurlu iş adamlarıdır, biz isə ümumiyyətlə heç kimdən heç nə müsadirə edə bilmərik? Bəs onların "Toyota İrəvan"da şəxsi payının olması - bu biznes fəaliyyətidir?! İrəvanın mərkəzində torpaqları qəsb edib onları alış qiymətindən 20-30 dəfə baha satmaq biznesdir?!", - Paşinyan deyib.

O, həmçinin qeyd edib ki, korrupsiya sxemlərinin ləğvi əhəmiyyətli məsələdir.

"Həm Robert Köçəryan, həm Serj Sarkisyan, həm də Qaqik Tsarukyan öz qanuni pensiyaları və qanuni gəlirləri ilə yaşamalıdırlar. Qanunsuz yolla əldə edilənlər isə qəpiyinə qədər dövlətə və onun xalqına qaytarılmalıdır! Başqa variant yoxdur. Əgər bu baş verməzsə, bu o deməkdir ki, yeni inqilab baş verməlidir", - Paşinyan vurğulayıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı - SİYAHI
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər