SOCAR Çin İxrac-İdxal Bankı ilə emal sənayesində əməkdaşlığı müzakirə edib
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Çin İxrac-İdxal Bankı arasında enerji sektorunun müxtəlif istiqamətlərində, o cümlədən emal sənayesi sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib.
"Report" SOCAR-a istinadən xəbər verir ki, bununla bağlı müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəf və Çin İxrac-İdxal Bankının vitse-prezidenti Vanq Kanqın rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə aparılıb.
Görüşdə SOCAR ilə Çin şirkətləri, eləcə də maliyyə institutları arasında əlaqələrin uğurla inkişaf etdiyi, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm layihələrin icra olunduğu bildirilib.
Söhbət zamanı SOCAR-ın Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda həyata keçirdiyi, həmçinin perspektivdə nəzərdə tutulan layihələr barədə məlumat verilib. Çin hökumətinin maliyyə institutu kimi fəaliyyət göstərən bankın xarici investisiyaların və beynəlxalq iqtisadi əməkdaşlığın dəstəklənməsi üzrə icra etdiyi layihələrə dair məlumat təqdim olunub.
Tərəflər qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" oyunu 15 dəqiqə gec başlayıb
-
ABŞ ilk dəfə narkotik kartelinin dronlarına qarşı lazer sistemindən istifadə edib
-
Rezai: Hörmüzün blokadası ABŞ-İran toqquşmalarına səbəb ola bilər
-
Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq
-
UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-2
-
"Axios": ABŞ Venesuela ilə irimiqyaslı neft sazişi bağlamağa yaxındır













