Ərdoğan Ruanda ilə KDR arasında gərginliyin azaldılması səylərini dəstəkləyir
Far.Az xəbər saytı

Ərdoğan Ruanda ilə KDR arasında gərginliyin azaldılması səylərini dəstəkləyir


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ruandalı həmkarı Pol Kaqame ilə telefon danışığı aparıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Telefon danışığı zamanı Türkiyə-Ruanda ikitərəfli münasibətləri və regional məsələlər müzakirə olunub.

Ərdoğan iki ölkə arasında ticarət və investisiya sahələrində müsbət irəliləyişlərin əldə edildiyini bildirib. O, müdafiə sənayesi başda olmaqla, bir sıra istiqamətlərdə birgə fəaliyyətin davam etdiriləcəyini qeyd edib.

Türkiyə Prezidenti Ruanda ilə Konqo Demokratik Respublikası (KDR) arasında gərginliyin azaldılması istiqamətində göstərilən səyləri yüksək qiymətləndirdiyini vurğulayıb.

Ərdoğan iki ölkənin konstruktiv mövqeyini davam etdirməsinin müsbət hal olduğunu və Türkiyənin bu prosesə dəstək verdiyini ifadə edib.

Xatırladaq ki, Ərdoğan bu gün KDR Prezidenti Feliks Çisekedi ilə də telefon danışığı aparıb. O, KDR-in şərqində davamlı sülhün təmin olunmasına yönələn prosesləri dəstəklədiyini bildirib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycanla Ruanda arasında sənədlər mübadilə olunub, prezidentlər mətbuata bəyanatlarla çıxış edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər