Əraqçi: ABŞ bəzi region ölkələrinin müşayiəti ilə İrana hücum edib
Far.Az xəbər saytı

Əraqçi: ABŞ bəzi region ölkələrinin müşayiəti ilə İrana hücum edib


Yaxın Şərqdəki mövcud vəziyyətə səbəb ABŞ və İsrailin apardığı siyasətdir.

"Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ilə görüşdə deyib.

O, qeyd edib ki, mövcud vəziyyət ABŞ və İsrailin hücumunun, eləcə də Amerikanın İrana qarşı dəniz blokadası və iqtisadi təzyiqlərinin davam etməsinin nəticəsidir. A.Əraqçi əlavə edib ki, regional təhlükəsizlik mexanizmlərinin yaradılması məqsədilə bölgə ölkələri arasında etimad gücləndirilməlidir.

O, ABŞ-nin İrana hücumları, eləcə də sanksiyaları həyata keçirmək üçün Fars körfəzi ölkələrinin (Səudiyyə Ərəbistanı, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt, Bəhreyn və Oman) ərazisi və imkanlarından istifadəyə qarşı çıxıb:

"Təəssüf ki, ABŞ və İsrail bəzi region ölkələrinin müşayiəti ilə İrana hücum edib və Hörmüz boğazında qeyri-sabitlik yaranıb. İran müharibənin başa çatması ilə bağlı anlaşmaya (İslamabad Anlaşma Memorandumu), o cümlədən sənədin 5-ci bəndinə əsasən, öz öhdəliklərini yerinə yetirirdi, lakin ABŞ əhdini pozaraq anlaşmanın icra prosesinə xələl gətirib və bu yaxınlarda da iqtisadi hücumun yeni dalğasını elan edib".

Əraqçi xatırladıb ki, İran milli suverenliyini və maraqlarının müdafiəsi üçün bütün imkanlardan istifadə edəcək.

Bu görüşdə Al Tani Qətərin təhlükəsizlik və sabitliyi qorumaqla bağlı prinsipial mövqeyinə işarə edərək, regionda gərginliyin azaldılması üçün məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Xatırladaq ki, Qətərin Baş naziri İrana səfəri çərçivəsində bu ölkənin Prezidenti Məsud Pezeşkian, parlamentin sədri Məhəmməd Baqir Qalibaf və Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai ilə də görüşüb.

Oxşar xəbərlər

İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər