"Sabah"ın sabiq baş məşqçisi ardıcıl ikinci dəfə ayın ən yaxşısı seçilib
Far.Az xəbər saytı

"Sabah"ın sabiq baş məşqçisi ardıcıl ikinci dəfə ayın ən yaxşısı seçilib


"Sabah" klubunun sabiq baş məşqçisi, hazırda Rusiya təmsilçisi "Krasnodar"ı çalışdıran Murad Musayev Premyer Liqada ardıcıl ikinci dəfə ayın ən yaxşısı seçilib.

"Report"un Premyer Liqanın mətbuat xidmətinə istinadən məlumatına görə, oktyabrın ən yaxşı baş məşqçisi adı uğrunda Murad Musayevlə yanaşı, 4 mütəxəssis - Sergey Semak ("Zenit"), Martsel Liçka ("Dinamo"), Marko Nikoliç (ÇSKA) və Dmitri Pyatibratov ("Fakel") mübarizə aparıblar.

Bu mükafata ardıcıl ikinci dəfə layiq görülən M.Musayev oktyabrda "Krasnodar"ın baş məşqçisi kimi Rusiya Premyer Liqasında üç qələbə qazanıb. Onun komandası "Ximki"ni 4:0, "Spartak"ı 3:0, "Krılya Sovetov"u 2:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, 14 oyunda 36 xal toplayan "Krasnodar" hazırda Rusiya Premyer Liqasının turnir cədvəlinə başçılıq edir. Komanda ikinci olan "Zenit"dən 3 xal öndədir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
"Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb - YENİLƏNİB - 5
UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - YENİLƏNİB - 6
"Dinamo Zaqreb"in dünya futboluna bəxş etdiyi ULDUZLAR - SİYAHI
Azərbaycan Premyer Liqasında I dövrənin təəccübləndirən mənzərəsi – TƏHLİL

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər