Azərbaycanda TOP-10 özəl şirkətin qeyri-neft ixracının dəyəri 2 dəfəyə qədər artıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycanın özəl şirkətləri arasında qeyri-neft məhsullarının ən böyük ixracatçısı "Azerbaijan International Mining Company Limited" MMC olub.
"Far.Az" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, şirkətin qeyd olunan dövrdə məhsul ixracı 206,7 milyon ABŞ dolları (il ərzində artım 3,68 dəfə və ya 150,6 milyon ABŞ dolları) təşkil edib.
Hesabat dövründə Azərbaycanın qeyri-neft sektorunda fəaliyyət göstərən 10 özəl şirkət 628,7 milyon ABŞ dolları məbləğində ixrac həyata keçirib ki, bu da ötən ilin eyni dövrü (218,62 milyon ABŞ dolları) ilə müqayisədə 1,8 dəfə və ya 410,08 milyon ABŞ dolları çoxdur.
Qeyri-neft məhsulları ixrac edən ən böyük 10 Azərbaycan şirkəti:
| Şirkət | 2026-cı ilin yanvar-iyul aylarında ixracın həcmi (milyon ABŞ dolları ilə) | 2025-ci ilin yanvar-iyul aylarında ixracın həcmi (milyon ABŞ dolları ilə) | Faiz fərqi |
| "Azerbaijan International Mining Company" MMC | 206,7 | 56,1 | 268,45% |
| "Prime Cotton" MMC | 96,4 | 69,5 | 38,71% |
| "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC | 79,3 | 30,4 | 160,86% |
| "Baku Steel Company" QSC | 48,9 | 34,9 | 40,11% |
| "Prime Export" MMC | 43,9 | 0 | - |
| "Tabaterra" MMC | 34,9 | 17,9 | 94,97% |
| "West Stream" MMC | 32,3 | 0 | - |
| "Agrarco" MMC | 30,8 | 9,8 | 214,29% |
| "Silk Way Airlines" MMC | 28,5 | 0,02461 | - |
| "AFA Export" MMC | 27 | 0 | - |
Qeyd edək ki, hesabat dövründə Azərbaycanın qeyri-neft-qaz ixracı dəyər ifadəsində ötən ilin eyni dövrü ilə müqayisədə 18,3 % artaraq 2,5 milyard ABŞ dollarına çatıb.
Oxşar xəbərlər
Monreal Protokolu ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı yenilənib
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
SEPAH Trampın Hörmüz boğazı ilə bağlı bəyanatını təkzib edib
-
Konqoda Ebola epidemiyası: İlk vaksinasiya kampaniyasına başlanıldı
-
Əraqçi: ABŞ və İsrail İranı parçalamaq istəyirdi
-
ABŞ tarixində ən böyük pivə oğurluğu baş verib
-
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
-
Sitalçayda qatar minik avtomobili ilə toqquşdu













