Mirziyoyev: Özbəkistan ÜDM-in 160 milyard dollara qədər artırılması hədəfini vaxtından əvvəl yerinə yetirəcək
Özbəkistan ümumi daxili məhsulun həcminin 160 milyard dollara çatdırılması üzrə əvvəllər qarşıya qoyulmuş tapşırığı artıq 2026-cı ildə yerinə yetirəcək.
"Report"un Daşkəndə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Özbəkistanın müstəqilliyinin 35 illiyinə həsr olunmuş tədbirdə bildirib.
"Üç il əvvəl biz 2030-cu ilə qədər ümumi daxili məhsulun həcmini 160 milyard dollara çatdırmağı planlaşdırırdıq. Qlobal logistikadakı pozuntulara, dünyadakı qeyri-sabit vəziyyətə baxmayaraq, biz bu tapşırığı elə cari ildə yerinə yetirəcəyik", - o bildirib.
Prezidentin sözlərinə görə, bundan sonra Özbəkistan adambaşına düşən gəliri orta səviyyədən yuxarı olan ölkələr sırasına daxil olacaq.
Dövlət başçısı qeyd edib ki, son illər ölkədə valyuta, vergi, gömrük və investisiya siyasəti sahəsində genişmiqyaslı islahatlar həyata keçirilib.
"Əgər əvvəllər milli iqtisadiyyata hər il 2-3 milyard dollar xarici investisiya cəlb edilirdisə, hazırda bu rəqəm 40-50 milyard dolları ötür", - Ş.Mirziyoyev vurğulayıb.
Prezident əlavə edib ki, investisiyalarla yanaşı, ölkəyə qabaqcıl texnologiyalar, müasir biliklər və yeni iqtisadi imkanlar daxil olur.
O, həmçinin qeyd edib ki, Özbəkistan siyasi iradə nümayiş etdirərək dünyaya açılıb, sərhəd məsələlərini nizama salıb, qonşu dövlətlərlə dostluq əlaqələrini və əməkdaşlığı möhkəmləndirib.
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" oyunu 15 dəqiqə gec başlayıb
-
ABŞ ilk dəfə narkotik kartelinin dronlarına qarşı lazer sistemindən istifadə edib
-
Rezai: Hörmüzün blokadası ABŞ-İran toqquşmalarına səbəb ola bilər
-
Göygöldə örüş sahələri qanunsuz zəbt edilib? - İcra hakimiyyətindən REAKSİYA
-
Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq
-
UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-2













