ABŞ ilk dəfə narkotik kartelinin dronlarına qarşı lazer sistemindən istifadə edib
Far.Az xəbər saytı

ABŞ ilk dəfə narkotik kartelinin dronlarına qarşı lazer sistemindən istifadə edib


ABŞ hərbçiləri Meksika sərhədi yaxınlığında bu ölkənin üç narkotik kartelinin dronunun məhv olunması üçün lazer silahından istifadə edib.

"Far.Az"un "Reuters" agentliyinə istinadən məlumatına görə, bu barədə ABŞ rəsmiləri bildiriblər.

Qeyd olunur ki, Şimali Amerikanin Birləşmiş Aerokosmik Müdafiə Komandanlığı və ABŞ Silahlı Qüvvələrinin Şimal Komandanlığı AMP-HEL çoxmissiyalı lazer sistemindən istifadə ediblər.

Əməliyyatın yeri açıqlanmır. "Reuters" dronların ABŞ və ya Meksika ərazisi üzərində vurulub-vurulmadığını müəyyən edə bilməyib.

ABŞ hərbçilərinin açıqlamasına görə, dronlar ABŞ qoşunları, Gömrük və Sərhəd Mühafizəsi personalı üçün fiziki təhlükə yaradıb.

Oxşar xəbərlər

Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
Sima Useynova – Azərbaycan aerokosmik elminin sönməyən işığı
Dövlət rəsmiləri Hərbi Memorial Məzarlığı ziyarət ediblər
"Birlik - 2025": Azərbaycan hərbçiləri 4 ölkə ilə birgə sərhəd mühafizəsi üzrə fəaliyyətlər icra edirlər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər