Vaşinqton İrana dəstək verən maliyyə qurumlarına qarşı yeni sanksiya tədbirləri həyata keçirir
Far.Az xəbər saytı

Vaşinqton İrana dəstək verən maliyyə qurumlarına qarşı yeni sanksiya tədbirləri həyata keçirir


ABŞ Maliyyə Nazirliyi İrana ehtimal olunan dəstəyinə görə "Banque Misr UAE"-nin ABŞ maliyyə institutlarının müxbir bank xidmətlərinə çıxışdan məhrum edilməsi proseduruna başlayıb.

"Far.Az" xəbər verir ki, bu barədə qurumun "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.

Müvafiq tədbir ABŞ-nin Maliyyə Cinayətlərinə qarşı Mübarizə Şəbəkəsi (FinCEN) tərəfindən "Economic Outcast" ("İqtisadi sürgün") əməliyyatı çərçivəsində təklif edilib. Qayda təsdiqlənəcəyi təqdirdə, "Banque Misr UAE" ABŞ-də müxbir bank xidmətlərindən istifadə etmək imkanından məhrum olacaq.

Bundan əlavə, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) "Bank Melli Dubai"nin idarəçisi Rza Məhəmməd Taidiyə, eləcə də Honkonqda qeydiyyatdan keçmiş bir şirkətə qarşı sanksiyalar tətbiq edib. ABŞ qurumunun məlumatına görə, həmin şirkət "sanksiyalar altında olan İran valyuta dəyişmə məntəqəsinin maraqları naminə vəsaitlərin yuyulmasına" köməklik göstərib.

ABŞ-nin maliyyə naziri Skott Bessent qərarı şərh edərək vurğulayıb ki, Vaşinqton "təkcə Tehranın deyil, həm də ona dəstək verənlərin Amerika dollarına və qlobal maliyyə sisteminə çıxışını məhdudlaşdırmaq" niyyətindədir.

Oxşar xəbərlər

Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib
Nazirlik bu yanacaqdoldurma məntəqəsinin fəaliyyətini dayandırdı
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər